Koronavirusa yoluxanların təmaslarını izləmək üçün mobil əlavələr yaradılacaq
ABŞ-ın “Apple” və “Google” şirkətləri yeni növ koronavirusa (COVID-19) yoluxanların təmaslarını izləmək məqsədilə alətlər təqdim edib.
“APA-Economics” “TASS”a istinadən xəbər verir ki, bu barədə “The Verge” internet portalı məlumat yayıb.
Tətbiqi proqramlaşdırma interfeysinin (API) beta versiyası az sayda proqramçılara ixtiyarına veriləcək. Söhbət, ilk növbədə, səhiyyə təşkilatları üçün mobil tətbiqetmələr hazırlayan mütəxəssislərdən gedir.
Təqdim edilən API proqramçılara yoluxanların əlaqələrin izlənməsi texnologiyasını dəstəkləyən tətbiqlərin hazırlanmasına imkan yaradacaq. Tətbiqlərin hazırlanması bir neçə həftə çəkə bilər. Hazır məhsullar “Apple” və “Google”un virtual mağazalarına yerləşdiriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət