Koronavirusa yoluxanların əlaqələrini izləyəcək texnologiya yaradılır
“Apple” və “Google” şirkətləri koronavirusa yoluxmuş insanların əlaqələrini izləməyə kömək edəcək texnologiyanın yaradılması üçün səyləri birləşdirir.
Bu barədə “Report” “Apple”in rəsmi saytına istinadən xəbər verir.
"Biz hesab edirik ki, dünyada hələ heç vaxt ən vacib problemlərdən birinin həlli üzərində birgə iş indiki qədər daha vacib olmayıb", - xəbərdə qeyd edilir.
Yeni texnologiya hakimiyyətə və həkimlərə koronavirusa yoluxmuş insanların əlaqələrinin izlənilməsi nəticəsində infeksiyanın yayılmasını azaltmağa kömək edəcək. Bu ideyanı iki mərhələdə reallaşdırmaq planlaşdırılır.
Mayda “Android” və iOS əməliyyat sistemlərində işləyən qurğular arasında qarşılıqlı təsirə imkan verəcək proqram interfeysinin yaradılması nəzərdə tutulub. Bu, səhiyyə sistemlərinin rəsmi proqramlarından istifadə etməyə imkan yaradacaq.
Şirkətlər ikinci mərhələdə “Bluetooth” əsasında koronavirusa yoluxmuş insanların əlaqələrini izləyəcək xüsusi platforma üzərində işləyəcəklər. Bu mərhələnin reallaşdırması üçün bir neçə ayın sərf ediləcəyi planlaşdırılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət