Dərc edildi: Baxış sayı: 293
“Koronavirusa yoluxan polislər arasında sağalanlar var” - AÇIQLAMA
“Polis əməkdaşları arasında yeni koronavirusa yoluxma halları var”.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində deyib.
Onun sözlərinə görə, karantin qaydalarını pozmağa cəhd edən bir qrup insan xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının koronavirusa yoluxmasına səbəb olublar:
“Koronavirusa yoluxan polis əməkdaşlarından bəziləri artıq ev şəraitində reabilitasiya prosesi keçirlər. Digərləri isə hələ də müvafiq xəstəxanalarda müalicələrini davam etdirirlər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət