Slimfit
  1. İDMAN

Koronavirusa yoluxan idmançıların '11-liy'i və baş məşqçisi

Koronavirusa yoluxan idmançıların '11-liy'i və baş məşqçisi
Sakura

Koronavirusa yoluxan idmançıların '11-liy'i və baş məşqçisi

Dünyada koronavirusa yoluxan idmançılardan indiyədək 11-nin adı ictimaiyyətə açıqlanıb.

"Report" xəbər verir ki, onların 6-sı futbolçu, 4-ü basketbolçu, 1-i isə velosipedçidir. 

Koronavirus testi müsbət nəticə verən oyunçular İtaliya "Yuventus"undan Daniele Ruqani və Paulo Dibala, "Sampdoriya"dan Manolo Qabbyadini, İngiltərənin "Çelsi" klubundan Kallum Hadson-Odoi və Almaniyanın II Bundesliqa təmsilçisi "Hannover"dən Yannes Horn və Timo Hübersdir. Həmçinin, İngiltərə "Arsenal"ının baş məşqçisi Mikel Artetanın da virusa yoluxduğu məlum olub.

Koronavirus aşkarlanan basketbolçular ABŞ-ın "Denver Naggets" klubundan Rudi Qober, "Yuta Caz"dan Emanuel Mudiay və Donovan Mitçell, İspaniya "Real Madrid"indən isə Trey Tomkinsdir.

Velosipedçi Fernando Qaviriyada da virusun simptomlarına rast gəlinib.

Qeyd edək ki, İngiltərənin "Lester" və "Everton" klublarından adı açıqlanmayan ümumilikdə 4 futbolçunun da koronavirus testi müsbət nəticə verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xınalıq

Redaktor seçimi

SON XƏBƏRLƏR