Dərc edildi: Baxış sayı: 644
Koronavirusa yoluxan azərbaycanlı həkim vətəndaşlara müraciət etdi
Azərbaycanda artıq tibb işçiləri arasında da koronavirusa yoluxma faktı var. Belə ki, koronaviruslu xəstələri müalicə edən həkim rezident İsmayıl Əliyev də artıq koronavirusa yoluxub.
Bu barədə həkim şəxsi sosial media hesabında paylaşım edib. Koronavirus testinin cavabının pozitiv çıxdığını deyən həkim eyni zamanda vətəndaşlara səslənib:
"Dünənə qədər görünməyən qəhrəmanlardan olsam da, artıq mən də bir COVID-19 xəstəsi kimi müalicə alacağam. İnsanlar karantin rejiminə əməl etmədikcə, biz həkimlərin virusa yoluxması da qaçılmaz olacaq".
İsmayıl Əliyev bununla bağlı İctimai Televiziyaya açıqlama edib. Həmin açıqlamanı təqdim edirik.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət