Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa simptomsuz yoluxanların ağciyərlərində zədə aşkarlandı

Koronavirusa simptomsuz yoluxanların ağciyərlərində zədə aşkarlandı
Sakura

Koronavirusa simptomsuz yoluxanların ağciyərlərində zədə aşkarlandı

Koronavirus xəstəliyini simptomsuz keçirənlərin ağciyərlərində zədələnmə aşkarlanıb.

Report” Şimali Amerikanın Radioloji Cəmiyyətinə istinadən xəbər verir ki, bunu “Diamond Princess” kruiz gəmisindəki koronavirus daşıyıcılarının kompüter tomoqrafiyasının nəticələrini araşdıran yaponiyalı alimlər açıqlayıblar.

Araşdırmanın nəticəsində bildirilib ki, gəmidə koronavirusa yoluxmuş 104 nəfərdən (yaşı 25-dən 92-dək olan şəxslər, orta yaş 62) 76-da xəstəlik simptomsuz keçib. Bununla belə, xəstəliyi yüngül keçənlərin əksəriyyətinin ağciyərlərində dəyişiklik hiss edilib. Onların tənəffüs orqanlarında “tutqun şüşə effekti”nə rast gəlinib.

Yaponiyalı alimlər belə nəticəyə gəliblər ki, insanlarda koronavirus xəstəliyi simptomsuz keçsə də, onların ağciyərləri yenə də zədələnir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 455 000-i ötüb. Bunların 309 818 nəfəri sağalıb, 83 664 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kaliforniya, ABŞ

Redaktor seçimi

SON XƏBƏRLƏR