Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa qarşı yapon dərmanı arbidoldan daha təsirlidir

Koronavirusa qarşı yapon dərmanı arbidoldan daha təsirlidir
Sakura

Koronavirusa qarşı yapon dərmanı arbidoldan daha təsirlidir

Ens.az saytı bildirir ki, Yapon dərmanı favipiravir, koronavirus infeksiyası COVID-19-un müalicəsində Sovet (Rus) arbidolundan daha təsirli olur. Çin həkimlərinin müvafiq araşdırmasına dair material  medRxiv kitabxanasında  dərc edilmişdir.

Tədqiqatda COVID-19 diaqnozu ilə stasionar müalicəyə cəlb olunmuş 236 nəfər iştirak edib. Həftə ərzində onlardan yarısı (116 nəfər) adi dərmanlardan əlavə favipiravir istifadə edərək müalicə alıb, ikinci qrup isə  (120) bunun əvəzinə arbidol qəbul edib.

Bu müalicənin yeddinci günündə birinci qrupda sağalma nisbəti 71.43 faiz, ikinci qrupda isə 55.86 faiz olub. "Əvvəllər antivirus müalicəsi almayan COVID-19-a yoluxmuş  adi xəstələrdə favipiravir üstünlük verilən dərman sayıla bilər" deyə müəlliflər yekun rəylərini bildiriblər.

Qeyd edək ki, mart ayında Fransız alimləri SARS-CoV-2 əleyhinə uğurlu dərman sınaqları apardıqlarını  bildirmişdilər.

Elə həmin ay Çin Elm və Texnologiya Nazirliyinin nümayəndəsi Çjan Sinmin, Yaponiyanın Fujifilm Toyama Chemical şirkəti tərəfindən istehsal edilən favipiravir pereparatının qripin yeni ştamlarına qarşı olduğu kimi,  koronavirus infeksiyasının müalicəsində də təsirli olduğunu bəyan etdi.

Mənbə: lenta.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR