Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusa qarşı ilk peyvənd hazırlandı

Koronavirusa qarşı ilk peyvənd hazırlandı
Sakura

Koronavirusa qarşı ilk peyvənd hazırlandı

Çinin Tyantszin Universitetinin alimləri koronavirusa qarşı potensial peyvənd hazırlayırlar.

Axar.az xəbər verir ki, bu məlumatı “Xuantsyu şibao” qəzeti yayıb. Yeni peyvəndin tədqiqatının professor Xuan Tszinxayanın rəhbərliyi altında aparıldığı vurğulanıb.

Peyvənd istehsalı üçün əsasən, çörək mayasından istifadə edilib, yeni koronavirusun S-zülalından isə antitellərin generasiyası üçün hədəf olaraq istifadə edilib.

Qeyd olunur ki, məhz S-zülallar orqanizmin bədən hüceyrələri reseptorlarında möhkəmlənə bilər. Üstəlik, onun virusun orqanizmə həssas hüceyrələr vasitəsilə daxil olmasına imkan yaradan əsas zülal olduğu vurğulanıb. Məhz buna görə S-zülallar yeni koronavirusun müalicə və profilaktikası üçün dərman və peyvənd hazırlığında əsas götürülüb.

Tədqiqat qrupunun rəhbəri artıq bu peyvənddən qəbul edib və heç bir əks-effekt müşahidə edilməyib. Hazırda peyvəndin üzərində toksikoloji qiymətləndirmə, effektiv analiz və istehsal imkanlarının başlanması üçün iş aparıldığı vurğulanıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR