Dərc edildi: Baxış sayı: 568
Koronavirusa inanmayan ABŞ vətəndaşı onun qurbanı oldu
ABŞ-ın Kolumbus şəhərinin (Ohayo ştatı) xəstəxanasında koronavirusdan karantinin tətbiq edilməsini “siyasi fənd” hesab edən 60 yaşlı kişi vəfat edib.
“Daily News” xəbər verir ki, Con Mekdeniel koronavirusu “yalan” və “boş söhbət” adlandırırmış.
O, həmçinin Ohayo ştatının qubernatorurunun barların və restoranların fəaliyyətinə qadağa qoymaq hüququna malik olmadığını iddia edirdi.
“Əgər siz paranoyadan əziyyət çəkirsinizsə evinizdən çölə çıxmayın! Sizə görə biz normal həyatımızdan məhrum olmalıyıq”, - deyə C.Makdeniel bildirirdi.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət