Slimfit
  1. CƏMİYYƏT

Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir

Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir
Sakura

Koronavirusa görə təxirə salınan daxili uçuşlar bu gündən bərpa edilir

Bu gündən “Azərbaycan Hava Yolları” Bakı-Naxçıvan-Bakı istiqamətində daxili reyslərin yerinə yetirilməsinə başlayır.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki,ilk daxili uçuş Naxçıvan Muxtar Respublikasına heyata keçiriləcək. 

Bu gün iki reys həyata keçiriləcək – Bakıdan uçuş saat 12:00 və 15:00-da, Naxçıvandan uçuş isə saat 14:10 və 17:00-da baş tutacaq.

Ölkə ərazisində koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin daxili reyslərindən istifadə edən sərnişinlərdən COVID-19 testinin verilməsi tələb olunur.

Tibb müəssisəsinə müraciət edən vətəndaş şəxsiyyət vəsiqəsini və uçuş biletini mütləq şəkildə qeydiyyatçıya təqdim etməlidir. Sərnişinlərdən tələb olunan COVID-19 testi ödənişsizdir. 

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR