Slimfit
  1. DÜNYA

Koronavirusa görə Çin-ABŞ ticarət razılaşması baş tutmaya bilər

Koronavirusa görə Çin-ABŞ ticarət razılaşması baş tutmaya bilər
Sakura

Koronavirusa görə Çin-ABŞ ticarət razılaşması baş tutmaya bilər

Çində koronavirusla bağlı enerji daşıyıcılarına tələbatın azaldığına görə bu ölkənin LNG idxalçı şirkətləri müqavilələri dayandırır.

Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, ABŞ-dan LNG idxalının artırılması iki ölkə arasında ötən ay imzalanmış ticarət müqaviləsinin başlıca maddəsi olduğundan müqavilə pozula bilər.

Koronavirusun yayılması ucbatından Çində bir çox sənaye müəssisələri, o cümlədən “Huawei”, “Xiaomi”, “Vivo”, “ZTE”, “Lenovo”, habelə “Apple” və “Samsung”la bağlı olanlar Yeni il tətilini fevralın 10-dək uzadıb, yenə də uzadacaqları güman edilir. “Morgan Stanley”in dəyərləndirməsinə görə, yanvar-fevral aylarında Çin sənaye istehsalı 5-8 faiz bəndi geriləyəcək.

“Bloomberg” xəbər verir ki, Çində fevral ayının əvvəlində gündəlik neft istehlakı 20 faiz, yəni milyon barel azalıb. Bunun nəticəsində məsələn, “Brent” markalı neftin qiyməti son bir ay ərzində 13 faiz azalaraq 55,5 ABŞ dollarınadək geriləyib. Həmçinin “Reuters” xəbər verir ki, ötən həftə “China National Offshore Oil Corporation” (CNOOC) dövlət şirkəti fors-major ilə bağlı üç tədarükçüdən LNG alışlarını dayandırıb. Oxşar addımların “Sinopec” və “China National Petroleum Corporation” (CNPC) tərəfindən də atılacağı gözlənilir.

KİV-lər yazır ki, daşınma xərclərinə görə ən baha başa gələn ABŞ LNG-sinin idxalına daha çox zərbə dəydiyi üçün iki ölkə arasında yanvar ayının ortalarında əldə olunmuş və ticarət sazişinin ilk mərhələsi hesab edilən razılaşmaların baş tutmama ehtimalı böyükdür. Belə ki, həmin razılaşmanın mühüm maddəsi iki il ərzində ABŞ-dan 200 milyard dollar həcmində əlavə idxalatdır ki, bunun da dörddəbiri enerji daşıyıcılarının payına düşür.

Razılaşmanın sözügedən maddəsi yerinə yetməsə, Çinə göndərmək üçün nəzərdə tutulan qazın ABŞ-da qalaraq daxili qiymətlərin kəskin azalacağı şəksizdir. 2018-ci ilin sentyabr ayında ABŞ-da qazın bir MMBtu-su (MMBtu = 1 milyon BTU (British Thermal Unit – Britaniya istilik vahidi) = 28,263682 kubmetr) 11 ABŞ dolları idisə, hazırda 1,8 ABŞ dollardır. İlin sonunadək daha iki dəfə ucuzlaşacağı güman edilir. Üstəlik şist hasilatında səmt qazı hasilatının artması da Avropaya da LNG idxalının gələcəyini şübhə altında qoyur. Belə ki, bu yaxınlarda Avropa Komissiyası Baş Enerji Direktorluğunun sədr müavini Klaus Dieter Borxardt da Avropa İttifaqında LNG idxal edərkən istehsalçının havaya nə qədər karbon dioksid atdığına xüsusi fikir veriləcəyini açıqlayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynəlabdin Tağıyevin dəstəyi ilə təşkil olunan qızlar məktəbi, Bakı

Redaktor seçimi

SON XƏBƏRLƏR