Slimfit
  1. DÜNYA

Koronavirus xəstəsi xəstəxanadan bu üsulla qaçdı

Koronavirus xəstəsi xəstəxanadan bu üsulla qaçdı
Sakura

Koronavirus xəstəsi xəstəxanadan bu üsulla qaçdı

Türkiyədə koronavirus xəstəsi xəstəxanadan qaçıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə dünən Dənizli Dövlət Xəstəxanasında baş verib. Belə ki, yeni növ koronavirus testi pozitiv çıxan 38 yaşındakı Ufuk G. müalicə üçün xəstəxanaya yerləşdirilib. Bir müddət sonra otağında olmadığını görən həkimlər mühafizəçilərə xəbər veriblər. Axtarış nəticəsində xəstənin ikinci mərtəbədən döşək üzlərini bir-birinə bağlayaraq  qaçdığı məlum olub.

Xəstəxananın mühafizəçilərinin polisə xəbər verməsindən sonra sözügedən xəstənin Honaz rayonunun Kocabaş mahalına getdiyi müəyyən edilib. O, yenidən xəstəxanada karantin altına alınıb.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Amerikanın Dakota əyalətində qızıldərili geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR