Slimfit
  1. DÜNYA

Koronavirus xəbərlərini xaotik şəkildə izləməyin zərərləri

Koronavirus xəbərlərini xaotik şəkildə izləməyin zərərləri
Sakura

Koronavirus xəbərlərini xaotik şəkildə izləməyin zərərləri

Özünütəcrid zamanı koronavirus mövzusunda məlumatların sosial mediadan xaotik şəkildə izlənilməsi təlaşlı vəziyyətin əsas əlamətlərindən biridir.

TASS-ın məlumatına görə, bunu Rusiya Təcili Psixoloji Yardım Mərkəzinin mütəxəssisləri bildiriblər.

Onların sözlərinə görə, məlumatın olmaması və ya çox olması, müxtəlif yönlülüyü və ziddiyyətliliyi kimi amillər həyəcan və narahatlığa səbəb ola bilər.

 

Mütəxəssislər bildiriblər ki, müəyyən vəziyyətlərdə təlaş insanın özünü toplamasına kömək etsə də, bu hiss həddini aşdıqda narahatlıq yaradır.

Bənzər vəziyyət, həmçinin güclü ürək döyüntüsü, sürətli və ya çətin nəfəs alma, sinədə ağırlıq hissi, titrəyən əllər, əzələ gərginliyi və s. kimi fiziki simptomlara da səbəb ola bilər.

Bu problemin qarşısını almaq üçün axtarış məlumatlarını rəsmi üç-beş saytdan götürməklə məhdudlaşdırmaq, şübhəli mənbələri olan resurslara baxmamaq tövsiyə olunur. Mümkün olduqca ev şəraitində əylənmək və nəfəs məşqləri də daxil olmaqla, fiziki fəaliyyəti unutmamaq faydalıdır. Bundan əlavə, hər hansı bir çətinlik olarsa, qohumlardan və mütəxəssislərdən kömək istəmək məsləhətdir.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR