Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus və onkologiya: ağır xəstəliyi olan pasientlər nələri bilməlidirlər

Koronavirus və onkologiya: ağır xəstəliyi olan pasientlər nələri bilməlidirlər
Sakura

Koronavirus və onkologiya: ağır xəstəliyi olan pasientlər nələri bilməlidirlər

Müəyyən xərçəng növləri olan xəstələr koronavirusa daha çox həssasdırlar.

Koronavirus getdkcə bütün dünyada daha çox yayılmağa başlayıb. Risk altında olan qrupa yalnız yaşlılar deyil, şəkərli diabet və tənəffüs problemləri kimi xroniki xəstəlikləri olan insanlar da daxildir.

Alimlər bu qrupa xərçəng xəstələrini də aid edirlər. Ens.az saytı beynəlxalq tibb mütəxəssislərinin pandemiya şəraitində xərçəng xəstələri üçün hansı risklər və fəsadların yaranma ehtimallarına dair məlumatlarını təqdim edir :

Koronavirusa yoluxma riskinə aşağıdakılar daxildir:

  • Hematoloji xəstələr;
  •  
  • Kimyaterapiya və sümük iliyi transplantasiyasından keçən xəstələr;
  •  
  • Əhəmiyyətli immun çatışmazlığı olan xəstələr.

Çinli alimlərin apardığı araşdırma göstərir ki, yüksək yoluxma riski yalnız onkologiya ilə mübarizə aparan xəstələr üçün deyil, uğurla müalicədən keçən və xəstəliyi dəf edənlər üçün də mövcuddur. Bu kateqoriyalar yalnız koronavirusa deyil, xəstəlikdən sonra müxtəlif ağırlaşmalara daha çox həssasdır.

Həkimlər pandemiya zamanı müalicəni dayandırmağı tövsiyə etmir və aşağıdakı simptomları hiss edirsinizsə dərhal həkiminizlə əlaqə qurmağı bildirir: qızdırma, quru öskürək, yorğunluq və nəfəs darlığı.

Mənbə: www.rbc.ua

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR