Dərc edildi: Baxış sayı: 1070
Koronavirus testi verən deputat: 'Özümü yaxşı hiss etmirəm'
"İndi bir az özümü yaxşı hiss etmirəm".
Ens.az xəbər verir ki, bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.
O bildirib ki, bir neçə gün əvvəl koronavirus testi verib:
"Hələ ki, testin nəticəsi açıqlanmayıb. Ona görə də koronovirusa yoluxub-yoluxmamağımla bağlı heç nə deyə bilmərəm. Əgər testin nəticəsi pozitiv olsa, bununla bağlı özüm məlumat verəcəm".
Qeyd edək ki, sosial şəbəkələrdə S.Alıyevin koronavirusa yoluxması barədə məlumat yayılıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət