Slimfit
  1. AZƏRBAYCAN

Koronavirus təqdim edildiyi kimi təhlükəli xəstəlik deyil - Baş infeksionist

Koronavirus təqdim edildiyi kimi təhlükəli xəstəlik deyil - Baş infeksionist
Sakura

Koronavirus təqdim edildiyi kimi təhlükəli xəstəlik deyil - Baş infeksionist

Azərbaycanda xüsusi təhlükəli xəstəliklərin molekulyar diaqnostikası üzrə ixtisaslaşmış laboratoriyalarda həyata keçirilən diaqnostik metodlar, koronavirusun təyini Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilib.

Bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib.

C.İsayev qeyd edib ki, stasionar, səyyar və mobil tipli olan bu laboratoriyalar dövlət tərəfindən qurulub və hazırda tam gücü ilə işləyir.

O, Azərbaycan dövlətinin xüsusi təhlükəli xəstəliklərin idarəedilməsinə ciddi qaydada nəzarət etdiyini nəzərə çatdırıb.

C.İsayev bu laboratoriyalarda koronavirus(COVİD-19) infeksiyasının yüksək həssaslıqla PZR metodu ilə təyininin qısa zaman ərzində həyata keçirildiyini xatırladıb.

Mütəxəssis Azərbaycanda koronavirusun təyini üçün kifayət qədər testlərin olduğunu, bu sahədə heç bir çətinliyin müşahidə edilmədiyini nəzərə çatdırıb.

 

Baş infeksionist Azərbaycanda koronavirusun yayılmasının qarşısını almaq üçün kifayət qədər səmərəli işlərin görüldüyünü vurğulayıb:

"Nazirlər Kabineti yanında operativ qərargah hava limanlarında, sərhəd nəzarət-buraxılış məntəqələrində yoluxmuş şəxslərin müəyyənləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir, eyni zamanda martın 9-dək məktəblərdə tədris dayandırılıb".

Sosial şəbəkələrdə bir çox hallarda koronavirusla bağlı şişirdilmiş məlumatların yazıldığını vurğulayan C.İsayev insanları onlara inanmağa çağırıb.

Baş infeksionist koronavirusun təqdim edildiyi kimi təhlükəli xəstəlik olmadığını əlavə edib:

"Koronavirusa yoluxma zamanı ölüm halları qriplə müqayisədə azdır. İnsanların çoxu bu xəstəliyi yüngül keçirir. Elementar gigiyenaya əməl etməklə koronavirusdan qorunmaq olar”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR