Slimfit
  1. DÜNYA

Koronavirus qorxusu bu fəsadlara yol aça bilər

Koronavirus qorxusu bu fəsadlara yol aça bilər
Sakura

Koronavirus qorxusu bu fəsadlara yol aça bilər

Rusiyalı tibbi psixoloq Nikita Çernov insanların virus infeksiyalarına, o cümlədən koronavirusa yoluxmaqdan təşvişə düşmənin yarada biləcəyi fəsadlardan danışıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

Çernovun sözlərinə görə, insanları ən çox təşvişə salan mətbuatda ölüm hallarının yüksək olması, vaksinin yoxluğu, müxtəlif ölkələrdə karantin vəziyyəti ilə bağlı məlumatlardır.

 

“Bütün bunlar qeyri-müəyyənlik hissi yaradır. Bu isə həyəcana səbəb olur və insanı qorxudur”, - deyə Çernov bildirib.

Psixoloq qeyd edib ki, xəstəlik zamanı insanın reaksiyası müxtəlif cür olur. Bir tərəfdən insan daha ehtiyatlı olur, digər tərəfdən isə idarəolunmaz təşviş başlayır. Bu isə təhlükəli davranışlara səbəb olur. Sözügedən vəziyyət uşaqların valideynlərinin davranışlarından qorxuya düşməsinə gətirib çıxarır.

“Təşvişdə olan insan ətrafdakıların dəstəyini axtarmağa meyillidir. Bu isə təəssüf ki, ətrafdakı insanların da təşvişinə səbəb ola bilər. Bu, istənilən virusdan daha təhlükəlidir”, - deyə Çernov deyib.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

Redaktor seçimi

SON XƏBƏRLƏR