Slimfit
  1. DÜNYA

“Koronavirus Qarabağda yayılsa...” - Paşinyana xəbərdarlıq edildi

“Koronavirus Qarabağda yayılsa...” - Paşinyana xəbərdarlıq edildi
Sakura

“Koronavirus Qarabağda yayılsa...” - Paşinyana xəbərdarlıq edildi

"Əgər koronavirus Dağlıq Qarabağa (Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazisi) çatsa, bunun məsuliyyətini Ermənistanın baş naziri və səhiyyə naziri daxil olmaqla, 6 nəfər daşıyacaq". Azvision.az xəbər verir ki, bunu "ArmNews" telekompaniyasının departament rəhbəri Abraam Qasparyan deyib. Onun sözlərinə görə, Ermənistanın burada böyük məsuliyyəti var: "Bizim məmurların bunun "suveren dövlətin daxili qərarı" olduğunu, Ermənistanın "demokratik dövlətin" işlərinə müdaxilə etməməsini söyləməsi qəbuledilməzdir. Pandemiya Qarabağa çatsa, burada 6 nəfər məsuliyyət daşıyacaq: Ermənistan prezidenti, baş naziri, Təhlükəsizlik Şurasının katibi, səhiyyə naziri, "Qarabağın prezidenti" və "səhiyyə naziri". Qasparyan əlavə edib ki, 14 apreldə "seçkilərə" getmək avantüradır: "Ümid edirəm ki, İrəvan siyasi ambisiyalar naminə hər kəsi fakt qarşısında qoyaraq "seçkilərə" getməyin zərərini anlayacaq". Xatırladaq ki, Qarabağdakı separatçı qurum martın 31-də "prezident və parlament seçkiləri" keçirib. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər bəyanat verərək "seçkiləri" tanımadıqlarını bildiriblər. Koronavirusun geniş yayıldığı bir vaxtda Paşinyanın "seçkilər" keçirməkdə məqsədi Qarabağdakı separatçı rejimə öz adamını yerləşdirmək idi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR