Dərc edildi: Baxış sayı: 654
Koronavirus ölümdən sonra belə ağciyərdə qalır - Araşdırma
Koronavirusa görə həyatını itirən 29 xəstə üzərində təcrübə aparan mütəxəssislər, araşdırmalar nəticəsində bu virusun ölümdən sonra da ağciyərdə yaşamağa davam etdiyini aşkarladı. Xəstəliyin ilk ortaya çıxdığı ölkə olan Çində araşdırmaçılar, yeni nəsil koronavirus haqqında yeni məlumatlar əldə etdi. Pekin Universitetinin Xəstəxanasının Yoluxucu Xəstəliklər şöbəsinin rəhbəri Vanq Quiqianq, verdiyi şərhdə virusun ilk olaraq xəstələrin ağciyərlərini hədəfə aldığını açıqladı. Virus həmçinin immuniteti zəiflədərək ürək, qaraciyər, böyrək kimi həyati orqanlara da ziyan verir.
Mənbə: redaktor.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət