Dərc edildi: Baxış sayı: 2022
Koronavirus, öldükdən sonra da xəstənin ciyərlərində qalır - Çin alimləri
Tədqiqatçılar 29 koronavirus qurbanının cəsədini yardıqdan sonra bu nəticəyə gəliblər.
Koronavirusa yoluxanların ölümündən sonra virus xəstənin bədənində qalır.
Bu barədə Çin tədqiqatçıları məlumat verib.
29 koronavirus qurbanının cəsədini yardıqdan sonra onların ağciyərlərində virusun qaldığı müəyyən olunub.
Bundan əlavə, infeksiya kiçik bronxlarda ifrazata səbəb olub və bu da öz növbəsində xəstələrin nəfəs almasını çətinləşdirir.
Yarılma nəticələri virusun ağciyərlərdə ciddi patoloji dəyişikliklərə və immunitet sisteminə ciddi ziyan vurduğunu da göstərib.
Mənbə: focus.ua
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət