Slimfit
  1. DÜNYA

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı
Sakura

Koronavirus nəhayət ki, bu ölkəni də narahat etməyə başladı

Koronavirus epidemiyasına saymazyana münasibəti ilə seçilən yeganə ölkə kimi gündəmə düşən Belarus da, deyəsən, yavaş-yavaş bu istiqamətdə fəaliyyət göstərməyə başlayır.

Belə ki, kənd təsərrüfatı ilə bağlı tədbirlərin birində ölkə prezidenti koronavirusdan danışıb.

Bu barədə “Sputnik” xəbər yayıb.

Bildirilir ki, Aleksandr Lukaşenko təhsil naziri ilə müşavirədən sonra tətil müddətini bir həftə uzatmaq qərarına gəldiyini deyib.

Bundan başqa, biznesə dəstək üçün təkliflər hazırlanmasını tapşırıb. Onun sözlərinə görə, “daxılı sındırmağın vaxtıdır”.

Bununla belə, hələ ki, kütləvi tədbirlərin keçirilməsi qadağan edilməyib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko koronavirusun qarşısını almaq üçün ölkə olaraq hər hansı tədbir görməyə ehtiyac olmadığını deyib.

“Olur belə şeylər. Əsas olan təşvişə düşməməkdir!” – deyə, Lukaşenko bildirmişdi.

 

Mənbə: oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR