Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus insan saçlarında nə qədər yaşayır?

Koronavirus insan saçlarında nə qədər yaşayır?
Sakura

Mütəxəssislər, insan saçlarında koronavirusun yaşama ehtimalını qiymətləndirdi

Ens.az bildirir ki, mütəxəssislər, insan saçlarında koronavirusun yaşama ehtimalını qiymətləndirib. Ümumi götürdükdə, onlar yalnız indi dünyada tüğyan edən SARS-CoV-2 haqqında deyil, oxşar viruslar haqqında da danışıblar..

Yale Universitetinin Qlobal Sağlamlıq İnstitutunun direktoru Saad Omer jurnalistlərə bildirib ki, viruslar saç kimi məsaməli səthlərdə uzun müddət qalmır.

Digər bir mütəxəssis, Corc Vaşinqton Tibb və Sağlamlıq Məktəbinin Dermatologiya şöbəsinin müdiri, doktor Adam Fridman, koronavirusun saçdakı ömrünün sonuncunun quruluşundan asılı olduğunu söyləyib. O həmçinin, baş dərisindəki yağların bakteriyalara qarşı qoruyucu maneə rolunu oynadığını vurğulayıb. Ancaq bunun viruslara qarşı işləyib-işləmədiyini izah etməyib.

İstənilən halda, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), koronavirus infeksiyasının qarşısını almaq üçün əllərinizi tez-tez sabunla yumaq və ya spirt tərkibli antiseptik ilə təmizləməyinizi tələb edir. Saçların tez-tez yuyulması haqqında heç nə deyilmir.

Mənbə: www.ferra.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR