Dərc edildi: Baxış sayı: 492
Koronavirus hava ilə yoluxur? - ÜST-dən açıqlama
Çinin Uhan şəhərində meydana çıxan və qısa müddətdə bütün dünyanın cənginə alan koronavirusla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni açıqlama yayıb.
“Qafqazinfo” xarici mediaya isitnadən xəbər verir ki, təşkilat COVİD-19-un hava yolu ilə yoluxmadığını, virusun xəstə insanların öskürməsi, asqırması və ya danışması zamanı yayıla biləcəyini açıqlayıb. Tüpürcəklərin havada qala bilməyəcək qədər yüngül olduğu və dərhal səthə hopduğu bildirilib.
ÜST virusdan qorunmaq üçün insanların bir-birləri ilə 1 metr məsafə saxlamalı olduqlarını, təmasdan çəkinməyi, səthləri davamlı olaraq dezinfeksiya etməyi, tez-tez əlləri yumağı məsləhət görüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət