Slimfit
  1. CƏMİYYƏT

Koronavirus əmək haqlarına təsir edəcək?

Koronavirus əmək haqlarına təsir edəcək?
Sakura

Koronavirus əmək haqlarına təsir edəcək?

"İşçinin əmək haqqının verilməsi onun fəaliyyət göstərdiyi müəssisə ilə bağladığı müqavilədən asılıdır". Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq üzrə elmlər doktoru, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü və "Sosial Hüquqların Araşdırılması" İctimai Birliyinin sədri Mayis Əliyev Nazirlər Kabineti yanında Operativ Qərərgahın yayımladığı izolyasiya tədbirləri ilə bağlı yaranmış suallara aydınlıq gətirərkən deyib.

Belə ki, həmin izolyasiya tədbirləri arasında bəzi müəssisələrin (məsələn, təhsil müəssisələri), həmçinin kinoteatr, muzey, teatr və idmal zallarının fəaliyyətinin dayandırılması, xidmət sektoruna bağlı əyləncə, ticarət və alış-veriş mərkəzlərinin, eyni zamanda kafe və restoranların fəaliyyətinin müəyyən qaydalara əsasən məhdudlaşdırılması və s. bu kimi tədbirlər nəzərdə tutulur. Sual yaranır: Bəs bu qeyd olunan müəssisələrdə və sferalarda çalışan işçilərin əmək haqlarını təsir edəcək?

Məsələ bu proseslərin onların əmək haqlarına necə təsir edəcəyindən gedir. Hüquqşünas Mayis Əliyev bildirib ki, əgər işçi əmək müqaviləsi əsasında fəaliyyət göstərirsə iş saatının azaldılması və ya fəaliyyətin dayandırılması onların əmək haqlarına təsir etməməlidir:

"Çünki, bu onların təqsiri ucbatından yaranmış bir vəziyyət deyil. Məsələn, müəllimlərin maaşı olduğu kimi saxlanıldı. Çünki, onlar işə gəlmək istəyir və çalışmaq istəyirlər. Lakin bu vəziyyətlə bağlı mümkün deyil. Yox, əgər onlar xidməti müqavilə əsasında fəaliyyət göstərirlərsə, artıq onların müqavilə şərtlərinə nəzər salmaq lazımdır".

Hüquqşünas vurğulayır ki, işçi müqaviləsi iki cür ola bilər, ya əmək müqaviləsi şəklində, ya da xidməti müqavilə şəklində olur: "Əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyatdan keçir və qanunvericilikdə, yəni, Əmək Məcəlləsində nəzərdə tutumuş bütün təminatlar həmin işçilərə aid edilir. Məsələn, 8 saatlıq iş rejimi, bayram və istirahət günlərində işə cəlb olunmama, məzuniyyətlərin və xəstələndikdə müavinətin verilməsi, yəni bütün hüquqi təminatlar verilir. Lakin xidməti müqavilələrdə bu təminatlar yoxdur. Xidməti müqavilələr qarşılıqlı razılıq əsasında hazırlanır. Əmək müqaviləsində qanunverici bəzi məcburi şərtlər təyin edir. Lakin xidməti müqavilələrdə tərəflər onu müstəqil sürətdə bağlayırlar və istənilən xidmət haqqını özləri müəyyənləşdirirlər. Bu zaman təminatlar hansı ki, Əmək Müqaviləsində qeyd olunur (yuxarıda qeyd edilib: 8 saatlıq iş rejimi və s.), onların heç biri xidməti müqavilə əsasında işləyənlərə şamil olunmur".

Bir sözlə işçiyə müqavilədə necə nəzərdə tutulubsa, o şəkildə də ödəniş həyata keçirilir. Məsələn, əgər bir saat iş fəaliyyəti qeydə alınıbsa, bir saata görə ödəniş edilir və ya 3 saat iş fəaliyyəti qeydə alınıbsa 3 saata görə ödəniş edilir. Lakin əmək müqaviləsindəki təminatlara əsasən, necə ki, müəllimlərin ödənişi dayandırılmadı və əmək haqları olduğu kimi saxlanıldı, eləcə də əmək müqaviləsi əsasında işləyən bütün işçilərə bu şamil ediləcək.

Buna görə də çalışacağınız iş yeri ilə bağlayacağınız müqaviləyə və müqavilənin şərtlərinə diqqət etməlisiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR