Dərc edildi: Baxış sayı: 741
Koronavirus dövründə Bakı çimərlikləri yayı qarşılamağa hazırlaşır
Ötən il sakinlərin tələbi nəzərə alınaraq, İDEA ictimai birliyi tərəfindən yaradılan altı ictimai çimərlikdə hazırlıq işləri yüksək səviyyədə görülüb.
Baku TV xəbər verir ki, karantin rejiminin tələblərinə uyğun olaraq, tibbi profilaktik tədbirlər həyata keçirilib.
Burada kölgəliklər, soyunub-geyinmə və duş kabinələri, sanitariya qovşaqları quraşdırılıb.
Vətəndaşların ara məsafəsini gözləməsi üçün xüsusi iplər çəkilib. Həmçinin, ərazidə avtomobil dayanacağı yaradılıb.
Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü iyunun 16-da açılacaq.
Mənbə: oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət