Dərc edildi: Baxış sayı: 379
Koronavirus daha yoluxucu hala gəlib - AÇIQLAMA
“Koronavirus daha yoluxucu olub. Əvvəllər bir xəstə iki nəfəri yoluxdura bilirdisə, bu gün onların sayı dördə çatıb”.
360 TV-nin məlumatına görə, bunu Honkonq Tibb Universitetinin Tibb Məktəbinin professoru və dekanı Qabriela Leunqa bildirib.
“Honkonqda aparılan araşdırma sözügedən tendensiyanı təsdiqləyib”, - deyə o bildirib.
Bununla belə, yoluxuculuğun artması koronavirusun daha ölümcül olması demək deyil.
İnfeksiyanın yayılma tərzinin dəyişməsi koronavirusun ən çox yayılmış ştammının mutasiyası ilə əlaqələndirilir.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət