Dərc edildi: Baxış sayı: 467
Koronavirus Çində yenidən partlaya bilər - ÜST
Çində koronavirusun yenidən genişmiqyaslı yayılması təhlükəsi hələ də qalır.
Axar.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun köməkçisi Bryus Eylvard deyib. O, hazırkı mərhələdə koronavirusa qalib gəlinməsiylə bağlı əminliyin yaranmasının böyük risk olduğunu bildirib:
“Başlıcası odur ki, yoluxma sayının azaldığını gördükcə rahatlanmayın. Koronavirus geri dönə bilər”.
O, Çində bu xəstəliyin kəskin yayılmasının qarşısını almaq üçün son bir ayda həddən artıq böyük səylər göstərildiyini qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət