Dərc edildi: Baxış sayı: 389
Koronavirus boşanmaları artırdı - Çində
Çində koronavirusa görə boşanmaların sayı kəskin artıb.
Axar.az xəbər verir ki, bu məlumatı “Deyli Meyl” yayıb.
Məlumata görə, Çinin mərkəzində yerləşən Daçjou şəhərində karantindən dərhal sonra boşanmaq üçün 300 cütlük müraciət edib. Bu durumun digər şəhərlərdə də müşahidə edildiyi bildirilib.
Qəzet qeyd edib ki, boşanmaların artmasına səbəb tərəflərin karantin zamanı bir-biriylə çox vaxt keçirməsidir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət