Slimfit
  1. İQTİSADİYYAT

Koronavirus Azərbaycanda dolları bahalaşdıracaqmı... - Açıqlama

Koronavirus Azərbaycanda dolları bahalaşdıracaqmı... - Açıqlama
Sakura

Koronavirus Azərbaycanda dolları bahalaşdıracaqmı... - Açıqlama

 

“Nəzərə alsaq ki, neft istehlakına görə dünya ölkələri arasında Çin bir tək ABŞ-dan geri qalır. Dünyanın gündəlik neft istehlakı 100 milyon barel təşkil etdiyi halda Çinin neft istehlakının geriləməsi dünyada olan istehlakın 3 faiz aşağı düşməsi deməkdir. Koronovirusun qarşısının alınması isə hal-hazırda qeyri-mümkün olduğu üçün bu məhdudiyyətin nə qədər zaman davam edəcəyi məlum deyil. Təbii ki, bu rəqəm də Azərbaycan neftinin qiymətində özünü biruzə verməyə bilməz. Onu da nəzərə almaq lazımdır ki, neftin qiyməti tək tələb-təklif və ya hər hansı iqtisadi göstəricilərdən deyil həm də siyasi, psixoloji amillərdən daha çox asılıdır. Azərbaycana isə bu amillərin hər biri təsir edir.”.

Bu fikirləri Bizimyol.info-ya açıqlamasında Spektr Araşdırma və İnkişaf Mərkəzinin İdarə Heyətinin Sədri Ramil Abbasov səsləndirib 

Ramil Abbasov 

Koronavirusun dünyada enerji daşıyıcılarının qiymətinə göstərdiyi təsir barədə danışan iqtisadçı Bizimyol.info-nun “yeni devalvasiya dalğası gözlənilirmi?” sualını da cavablandırıb.

“Bildiyimiz kimi 2019-cu ilin sonundan etibarən Çin Xalq Respublikasında koronavirus aşkarlanıb. Bir müddət sonra isə xarici ölkələr bu ölkə ilə tədbir məqsədli olaraq idxal-ixrac əməliyyatlarını dayandırdılar. Azərbaycanın Çin Xalq Respublikası ilə 2019-cu ildə 2 milyard dollardan çox ticarət dövriyyəsi olub. Azərbaycanın Çin ilə ixracdakı payı ümumi ixracın 3,83 faizinə, idxaldakı payı isə ümumi idxalın 10,48 faizinə bərabərdir. Kifayət qədər böyük bir rəqəmdir. Vəziyyətin uzun müddət belə davam etməsi yeni ucuz mənbələrin axtarılmasına gətirib çıxara bilər ki, bu da heç də çin malları qədər ucuz olmayacaq və nəticə etibari ilə qiymət artımına yol açacaq. Bundan başqa Çin iqtisadiyyatina mənfi təsir göstərən koronavirus ölkənin neft istehlakına da təsirsiz ötüşməyib. Beləki Çinin gündəlik neft tələbatı 3 milyon barel geriləyib. Bu da Çinin ümumi istehlakının 20 faizinə bərabərdir. Nəzərə alsaq ki, neft istehlakına görə dünya ölkələri arasında bir tək ABŞ-dan geri qalır. Dünyanın gündəlik neft istehlakı 100 milyon barel təşkil etdiyi halda Çinin neft istehlakının geriləməsi dünyada olan istehlakın 3 faiz aşağı düşməsi deməkdir. Koronovirusun qarşısının alınması isə hal-hazırda qeyri-mümkün olduğu üçün bu məhdudiyyətin nə qədər zaman davam edəcəyi məlum deyil. Təbii ki, bu rəqəm də Azərbaycan neftinin qiymətində özünü biruzə verməyə bilməz. Onu da nəzərə almaq lazımdır ki, neftin qiyməti tək tələb-təklif və ya hər hansı iqtisadi göstəricilərdən deyil həm də siyasi, psixoloji amillərdən daha çox asılıdır. Azərbaycana isə bu amillərin hər biri təsir edir. Çünki bilirik ki, Azərbaycan iqtisadiyyatının 80 faizdən artığı neft sektorundan asılıdır. Elə bu səbəbdəndir ki, hökümətin həyata keçirdiyi islahatlar içərisində əsas yer qeyri neft sektorunun inkişafına ayrılıb. Devalvasiyaya gəldikdə isə buna ölkədə gedən heç bir iqtisadi proseslə əlaqələndirmək düzgün deyil. Nə qədər ki, ölkə iqtisadiyyatında neft sektorunun payı artıqdır və idxal-ixrac balansında qeyri bərabərlik var devalivasiya daim qaçılmaz olacaq. Devalvasiya təhlükəsi olan zaman gündəlik olaraq büdcədən böyük miqdarda pullar xərclənir ki, devalivasiya baş verməsin. Əvvəlki devalvasiyalar zamanı da bunun şahidi olduq. 2015-ci ildə devalvasiyanın qarşısın almaq üçün büdcədən gündəlik 100 milyon manat xərclənirdi. Bu tempdə də dövlət maksimum 1 ay saxlaya bilər devalivasiyanı. Büdcə hesablamalarında neftin 1 barelinin qiymətini 55 dollardan götürüldüyünü və hal-hazırda neftin qiymətində o qədər də ciddi eniş olmadığını nəzərə alsaq hələki manatın dəyərdən düşməsi gözlənilən deyil”,- deyə iqtisadçı qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yunanıstanın ikinci böyük şəhəri olan Saloniki 1997-ci ildə Avropa mədəniyyət paytaxtı seçilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR