Dərc edildi: Baxış sayı: 579
Koronavirus Afrikaya çatdı
Misirdə koronavirusun yeni növünə (COVID-2019) ilk yoluxma hadisəsi qeydə alınıb.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nаzirliyi məlumat yayıb.
Nazirliyin rəsmi nümayəndəsi Xaled Muqahed bildirib ki, xarici ölkədən gələn əcnəbinin analiz cavabları müsbət olub:
“Yoluxmuş şəxsin vəziyyəti stabildir və xəstəliyin əlamətləri yoxdur. Hələ ki, əcnəbi 14 günlük karantinə yerləşdirilib”.
Onun hansı ölkənin vətəndaşı olduğu barədə məlumat verilməyib. Bununla da Misir Afrika qitəsində bu virusun qeydə alındığı ilk dövlət olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət