Slimfit
  1. DÜNYA

Koronavirus 2019-cu ildə Uhanda yaranmayıb - Elm adamları COVID-19-un sirrini açdılar

Koronavirus 2019-cu ildə Uhanda yaranmayıb - Elm adamları COVID-19-un sirrini açdılar
Sakura

Koronavirus 2019-cu ildə Uhanda yaranmayıb - Elm adamları COVID-19-un sirrini açdılar

Koronavirus infeksiyasının yeni bir növü SARS-CoV-2 2019-cu ildə Uhanda deyil, 2012-ci ildə Yunnan əyalətində meydana çıxıb.

Ens.az KONKRET.az-a istinadən xəbər verir ki, bu haqda məlumatı Britaniyanın “The Sun” qəzeti yayıb.

Mənbə bildirir ki, bu, “Biosciense Resource Project” layihəsindən olan virusoloq Conatan Latham və bioloq Allison Uilsonun əldə etdiyi nəticədir.

Elm adamları Yunnandakı mədənlərdən birində səkkiz il əvvəl baş vermiş hadisəyə istinad edirlər. 2012-ci ildə səkkiz mədənçi Modjian əyalətində bir mədəndən yarasa nəcisini təmizləyib. Bir müddət sonra hər kəs sətəlcəm xəstəliyinə tutulub, hər birində COVID-19-a bənzər simptomlar olub. Onları bu gün koronavirus infeksiyası olan xəstələri müalicə etdikləri kimi müalicə ediblər.

Ancaq müalicə hər kəsə kömək etməyib, üçü ölüb. Xəstələr quru öskürəkdən, əzalardakı ağrılardan və yüksək temperaturdan şikayətlənib.

O zaman həkimlər insanların nədən xəstələndiyini təyin edə bilməyiblər. Hepatit, HİV və hətta Denge qızdırması üçün testlərdən keçiblər, amma nəticələr mənfi olub.

Daha sonra xəstələrin analizləri Uhandakı bir laboratoriyaya göndərilib. Orada elm adamları bunun koronavirus olduğunu təsdiqləyiblər.

İndi alimlər əmindir ki, koronavirus Uhan bazarından yayılmayıb, hansısa şəkildə laboratoriyadan ətrafa yayılıb və nəticədə pandemiya yaranıb.

Avqustun 17-i səhər saatlarında dünyada 21 milyon 828 min 997 SARS-CoV-2 koronavirusinfeksiyası aşkar edilib.

773 min 122 nəfər ölüb, 14 milyon 565 min 251 nəfər sağalıb.

Yoluxmaların sayına görə üç yeri – ABŞ (5 566 632), Braziliya (3 340 197) və Hindistan (2 648 353) tutur.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kosmik stansiya öz çəkisində olan qızıldan 30 dəfə bahadır.

Redaktor seçimi

SON XƏBƏRLƏR