Dərc edildi: Baxış sayı: 811
"Korona" təhlükəsi: Rusiya-Gürcüstan sərhədi də bağlanır
Koronavirus təhlükəsindən dolayı 16 martdan etibarən Gürcüstan və Rusiya arasında sərhəd-keçid məntəqələri də müvəqqəti olaraq bağlanacaq.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlər üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze və Rusiya Federal Məclisinin Federasiya Şurasının üzvü, senator Qriqori Karasin arasında aparılan telefon danışığı zamanı bununla bağlı razılıq əldə olunub.
Tərəflər vətənə qayıtmaq istəyən vətəndaşlara şərait yaradacaqlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət