Dərc edildi: Baxış sayı: 583
Koroğlu - Qəzəblənmə
Qəzəblənmə belə, paşa,
Misri qılınça qataram,
Atılaram şeşpər kimi,
Bağrın başına bataram.
Namərd nədi özün öyə,
Meydanda mərd iyid söyə,
Qaçıb çıxar olsan göyə,
Kəmənd tullayıb tutaram.
Nə baxırsai küsür kimi,
Yarpaq necə əsir kimi,
İndi sənin əsir kimi,
Qolların dalda çataram
Hayqırıb açsam meydanı
Su tək axıdaram qanı,
Dəstələyib bəyi, xanı,
Qırat döşünə qataram.
Qoç Koroğlu öz karında,
Nikarın intizarında,
Çəkib Hələb bazarında,
Səni qul deyə sataram.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət