Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - Ola

Koroğlu - Ola
Sakura

Koroğlu - Ola

Məclis qurduram həmişə
İşrətim damağım ola,
Əmliklər çəkdirəm şişə,
Bir ağır yığnağım ola!

Çənlibelə köçüm, qonum,
Ətlasdan biçilər donum,
Ortadan qalxmaya xonum,
Gündə yüz qonağım ola!

Vuram xotkar, tutam paşa,
Xanlar məndən çəkə haşa,
Bu dövranım çəkə başa,
Sönməyən çırağım ola!

Sıçrayım minəm Qırata,
Dəmirçioğlu şeşpər ata,
Eyvaz dar günümdə çata,
Dəlilər dayağım ola!

Şir qanı ol qanımda,
Qorxu olmaya canımda,
Dəlilər olsa yanımda,
Qırram yüz min yağım ola!

Eyvaz imdadıma çata,
Dəmirçioğlu şeşpər ata,
Sıçrayım minəm Qırata,
Bəlli Əhməd ayağım ola!

Düşmən qanı içəm doyam,
Müxənnət gözünü oyam,
Çəkəm bəzirganlar soyam,
Tacirlər dustağım ola!

Koroğluyam savaşımda,
İgid dəlilər başımda,
Nigar əylənə qarşımda,
Keçən cavan çağım ola!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR