Dərc edildi: Baxış sayı: 591
Koroğlu - Meydandan məni
Yagı duşmanın hərbəsi
Qaçırtmaz meydandan məni.
Qorxaq müxənnət zərbəsi
Qaçırtmaz meydandan məni.
Girrəm meydana ər kimi,
Durram qabaqda nər kimi,
Düşman boylanar xər kimi,
Qaçırtmaz meydandan məni.
Hərdən bərədə yataram,
Ortada şeşpər ataram,
Paşanı diri tutaram,
Qaçırtmaz meydandan məni.
Aləmə bəlli hünərim,
Çənlibeldə dəlilərim,
Mərd igidə peşkəs sərim,
Qaçırtmaz meydandan məni.
Koroğluyam, budu düzü,
Comərdin sərt olar üzü,
Müxənnətin tənə sözü
Qaçırtmaz meydandan məni.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət