Slimfit
  1. AZƏRBAYCAN

“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib

“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib
Sakura

“Koroğlu” metrostansiyası istiqamətində təmirlə əlaqədar avtobusların dayanacağında dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyi (BNA) HUB-lar konsepsiyasına uyğun olaraq Koroğlu Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparacaq.

Bu barədə “Report”a BNA-dan bildirilib.

Məlumata görə, məqsəd, Nəqliyyat Mübadilə Mərkəzinin ərazisində sərnişinlərə həm keyfiyyət, həm də təhlükəsizlik baxımından müasir standartlara uyğun xidmətin göstərilməsi üçün zəruri infrastrukturun yaradılmasıdır:

“Təmir müddətində Mərkəzin fasiləsiz fəaliyyətini təmin etmək üçün ətraf kənd və qəsəbələr üzrə müntəzəm marşrut avtobusları Milli Gimnastika Arenasının dayanacaq məntəqəsində, yəni “Koroğlu” metrostansiyasının piramidalı çıxışının arxasında toplanacaq. Artıq qeyd edilən ərazidə hərəkətin təhlükəsizliyi üçün müvafiq şəraitin yaradılmasına başlanılıb”,- deyə məlumatda vurğulanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanda doğulanda 300 sümük olur, böyüyəndə isə 206-sı qalır

Redaktor seçimi

SON XƏBƏRLƏR