Dərc edildi: Baxış sayı: 1120
Koroğlu - Mərd olu
Bizim elin dəliləri
Girər meydana mərd olu,
Ölüncə meydandan qaçmaz,
Girəndə meydangərd olu.
Sərp qayalarda yurd olmaz,
Müxənnətə söz dərd olmaz.
Çaqqal əniyi qurd olmaz,
Yenə qurd oğlu qurd olu.
Dəlilərim fovcu-fovcu,
At minib düşman qovucu,
Belində Misri qılıncı,
Koroğlu kimi mərd olu.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət