Dərc edildi: Baxış sayı: 538
Koroğlu - Gərək
Dəlilerim, bu gün dava günüdü,
Müxənnet ölkesi talanmaq gərək.
Qoç igidlər yarasmdan bəllənər,
Şərbət tək qanına qalanmaq gərək.
Mərd igidlər nərə çəksin davada,
Şahin kimi şikar tutsun yuvada.
Misri qılınc cövlan vursun havada
Bağırsaq cəmdəyə dolanmaq gərək.
Koroğlu içəndə düşman qanını,
Mərd meydanda nərəsinden tanını.
Qınn vəzirini, tutun xanını
Leş-leşin üstünə qalanmaq gerek.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət