Slimfit
  1. ƏDƏBİYYAT

Koroğlu - At igidin qardaşıdı

Koroğlu - At igidin qardaşıdı
Sakura

Koroğlu - At igidin qardaşıdı

Həmzə, atı yaxşı saxla 
At igidin qardaşıdı.
Gündə muğayat ol, yoxla 
At igidin qardaşıdı.

Yay olanda dağa yollat,
Yaz olanda ifçin nallat.
Qış olanda məxmər çullat 
At igidin qardaşıdı.

Atı sevib bəslə körpə, 
Hayqıranda çıxsın sarpa.
Hər yeyəndə qırx tas arpa
At igidin qardaşıdı.

Meclis qurdum çoxlannan, 
Dava etdim oxlannan,
Qara polad mıxlannan,
At igidin qardaşıdı.

Sərin-sərin yu suyunan 
Quyruğun bağla muyunan. 
Qoç Koroğlu çox öyünən 
At igidin qardaşıdı.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Belçikada göy meşə.

Redaktor seçimi

SON XƏBƏRLƏR