Slimfit
  1. AVTO VƏ MOTO

Koreyanın ən bahalı markası Genesis Essentia olacaq

Koreyanın ən bahalı markası Genesis Essentia olacaq
Sakura

Koreyanın ən bahalı markası bu avtomobil olacaq

Bu ilin əvvəlində Nyu-Yorkda keçirilmiş avtosalonda Genesis markası futuristik Essentia konseptini təqdim etmişdir. Tamamilə elektrik qurğusu ilə hərəkətə gələn konseptin dizaynı üzərində həmyerlimiz Samir Sadıxovun da iştirak etdiyi komanda işləyib.

Fins.az-ın məlumatın görə, adətən konsept avtomobilləri nadir hallarda seriyaya gedirlər. Onların əksəriyyəti dizayn istiqamətini və yaxud yeni texnologiyaları nümayiş etdirmək üçün inşa edilir. Lakin, istisnalar da olur. Bu günlərdə Hyundai şirkətindən maraqlı bir xəbər daxil olub. Şirkətin yüksək vəzifəli nümayəndəsi Manfred Fitcerald Essentia konseptinin seriyaya gedəcəyini bildirib. Əlbəttə bu yaxşı xəbərdir.

Lakin, bu xəbərin bir çoxlarını məyus edəcək tərəfi də vardır. Birincisi, Genesis Essentia koreya brendinin ən bahalı modeli olacaqdır.  İkincisi isə, müvafiq olaraq bahalı qiymətə haqq qazandırmaq və  eksklyuzivliyi qoruyub-saxlamaq məqsədi ilə kupe məhdud sayda tirajla istehsal ediləcəkdir. 10-20 ədədlik tirajla. Hər halda 2021-ci ildə bu suala dəqiq cavab tapacağıq...
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR