Slimfit
  1. MARAQLI

Kor proqramçı, kor insanların səyahət etməsi üçün proqram təminatı yaratdı

Kor proqramçı, kor insanların  səyahət etməsi üçün proqram təminatı yaratdı
Sakura

Naviqator yalnız marşrut üzrə piyadanı aparmaqla qalmır, həm də ətrafdakıları ona izah edir

Dünyanın aparıcı İT sənayesi üçün əsas dəyər super kompüterlər və süni intellekt sahəsindəki inkişaflar deyil, bu işi görməyi bacaran və inkişafın növbəti mərhələsinin necə olacağını təyin edən insanlar - yəni proqramçılardır. Onların bəzilərinin həyatları - hər cür baryer və maneələri aşmağın mümkünlüyünə dair ilhamverici hekayədir.

Ens.az bildirir ki, ayrı-ayrı ölkələrin səlahiyyətli nümayəndələri artıq buna diqqət çəkir dövlət qurumlarının veb saytlarının sağlamlıq imkanları məhdud olan insanların da əlçatanlığını təmin etmək üçün araşdırma aparmağı tapşırmışlar.

Bu yaxınlarda Sankt-Peterburqdan olan gözdən əlil proqramçı Maksim Spiridonov, unikal  naviqator və kor insanların dünyanın istənilən ölkəsinə tək səyahət etməsinə imkan verən maşın görmə qabiliyyətli eynəklər yaradıb. Onun fikirləri rus mətbuatında geniş tirajlanıb və maraqlı olacağını nəzərə alıb, sizə təqdim edirik. 

"Dövlət saytlarına girişin mümkünlüyü indi onların sadəliyi ilə təyin edilir"

Bu günə qədər geniş istifadəçi kütləsi üçün nəzərdə tutulmuş dövlət qurumlarının veb saytlarının, məsələn, dövlət xidmətlərinin veb saytı, vergi idarəsi və ya mənim Sankt-Peterburqdakı poliklinikamın saytına girişin əlçatanlığı ilə bağlı hər hansı bir ciddi problem görmürəm.

Problem yarananlardan, mətnin daxil edildiyi sadə bir pəncərəni deyil, təqvim formatında reallaşdırılan tarix girişini vurğulamaq istəyirəm.

Dövlət və ya ictimai, lakin daha çox ixtisaslaşdırılmış mənbələr bəzən daha da pis vəziyyətdə olurlar. Məsələn, aprel ayında Sankt-Peterburqdakı Rusiya Fərdi Sahibkarlar Birliyi ilə əlaqəli bir mənbəyə daxil olmuşdum. O, korlara qarşı çox da mehriban deyildi və orada lazımi formaları doldurmaq üçün çox səy göstərməli oldum.

Yəqin ki, dövlət saytlarına girişin mümkünlüyü, istifadə etdiyimiz ekran girişi (skrinriderlər) proqramları üçün əlverişli olan sadəlik və şablonluqla təyin edilir.

Kommersiya strukturlarının resursları ilə, hətta qabaqcıl olanlarla problem daha çoxdur. Xüsusilə sükan arxasında proqramçılar yox, dizaynerlər olarsa.

Məsələn Yandex-i götürək. İki ildən bir sorğu keçirirlər: hansı xidmətlərdən istifadə edirsən, nəyi sevirsən, harada tıxac var və s. Bununla belə, kor istifadəçilərin diqqət çəkdikləri problemlər, demək olar ki həll olunmur.

Belə ki, "Yandex .Radio" da onu idarə edən üç düymə var. Ekran oxucuları onları oxuya bilmir. Solun - irəli , ortadakının fasilə, sağdakının isə layk düyməsi olduğunu yalnız görmə qabiliyyətli bir insandan soruşaraq öyrənə bilərsiniz.

"Yandex. Zen ”də də ayrıca bəzi vacib düymələr, məsələn həminki layk düyməsi oxunmur.

Bir çox İT mühəndisləri ilə bu cür problemlərin necə ortaya çıxdığını müzakirə etdim: istehsalçılar sadəcə olaraq etiket qoymağı unudurlar, bəlkə də heç bunun nə olduğunu bilmirlər. Bu kədərlidir.

Runetdə yayılmış digər bir problem - şəxsin şəkillərdə işıqforu tapması, pazlı yığması və ya rəngləri göstərməsi lazım olan zaman tələb olunan doğrulamadır.

Mənim kimi bəzi qabaqcıl istifadəçilər birtəhər bunu keçə bilərlər, amma qeyri-peşəkar insanlar üçün bu əsl  divardır.

Düşünürəm ki, ABŞ-dakı kimi ciddi bir sistemə sahib olana qədər vəziyyət dəyişməyəcək. Orada, müəyyən bir sayta giriş problemi olan şəxs rəhbərliklə əlaqə yaradır və cavab vermədikləri təqdirdə onlar cərimə olunurlar.

Bu səbəbdən Facebook ilə bağlı hər- hansı bir problemimiz yoxdur.

Əlbəttə ki, müsbət dəyişiklik üçün şüurluluğa və əks əlaqəyə ehtiyacımız var.

Yerli internet resurslarını yaradan və inkişaf etdirən insanlar, xüsusən də dövlət mənbələri, sağlamlıq imkanları məhdud olan istifadəçilərin də olduğunu unutmamalıdırlar.

Həmçinin də, bizim öz məhsullarımızla etdiyimiz kimi əks əlaqəni də inkişaf etdirmək lazımdır.

Axı, sağlam insanlarda da saytlara girişlə bağlı problemlər yaranır. İnsanlar , bəzi dövlət qurumlarının veb saytını açırlar və rəhbərinin tərcümeyi-halını, idarə xəbərlərini və başqa nələrisə oxumaq məcburiyyətində qalırlar və lazımi xidmət isə dərinliklərdə bir yerə yerləşdirilmiş ola bilir. Mən hesab edirəm ki, dövlət saytlarındakı məlumatlar, insanların müraciətlərinin tezliyi nəzərə alınaraq avtomatik olaraq paylanmalıdır.

Bir müşahidəmi də paylaşacağam. Əgər kor gənclər əlçatan olmayan internet resuslarında eşələnməyə hazırdırlarsa, sadəcə bir şey etməkdə, oflayn bir yerə getmək üçün tənbəllik edirlərsə, bu zaman yaşla o kor insanlar üçün internet yalnızca sosial şəbəkələrlə məhdudlaşır.

Beləliklə, dövlət qurumları üçün, sosial şəbəkələrdə öz mövcudluğunu inkişaf etdirmək, oradakı mövcud funksiyaları və xidmətləri genişləndirmək məntiqi bir addım olardı.

"İdmanla məşğul olarkən aldığım zədə nəticəsində tamamilə kor oldum "

Heç kimdən kömək istəməyi sevmirəm. Mən belə böyüdülmüşəm. Hər şeyə təkbaşına nail olmağa öyrəşmişəm.

Doğuş zədələnməsindən sonra görmə qabiliyyətim bir neçə il də qaldı, amma çox zəif idi. Televizoru yalnız iki metr məsafədən izləyə bilirdim. Eyni zamanda, adi uşaqlar kimi gəzir, tikinti sahələri boyunca qaçırdım.

Valideynlərim heç vaxt mənə həddindən artıq qayğı göstərməyiblər : “Çay istəyirsən? Get özün tök. "

Yeddi yaşım olanda məni, tətildən tətilə qədər yaşadığım və oxuduğum korlar üçün internat məktəbinə göndərdilər. Başqa bir seçim yox idi. Valideynlərim Novqorod bölgəsində yaşayırdılar və ən yaxın məktəb yalnız Sankt-Peterburqda idi.

Belə bir şəraitdə istər-istəməz öz ayaqların üzərində durmağa vərdiş edirsən, çiynində ağlayacağın heç kim yoxdur. Cib telefonu da yox idi. İnternatda baş verən hər şey elə orda da qalır: ilk davalarr və hər cür gənclik hekayələri.

Görmə qabiliyyətimi tamamilə 8 yaşım olanda itirmişəm. Bu barədə hər hansı bir ruhi əzab çəkdiyimi xatırlamıram.

Valideynlərim, tamamilə kor olmağımın idmanla məşğul olarkən baş verdiyini söylədilər- aktiv şəkildə gimnastika, atletika və xizəklə məşğul olurdum. Və bu daha sonra turnirlərdə öz bəhrəsini artıqlamasıyla verirdi.

12 yaşında ilk dəfə əlimə bir çubuq götürdüm və internat məktəbindən valideynlərimin yanına - Sankt-Peterburqdan Novqorod bölgəsinə getdim. Yalnız ona görə ki, mənim dalımca gəlmək üçün əlavə pul xərcləməsinlər.

"Proqramçı və kor sınaqçı lazım idi"

Bir proqramçı kimi yolum məktəb illərində başladı. O zamanlar - 2004-2005-ci illərdə yuxarı sinifdə oxuyurdum. Şəbəkədə kompüter oyuncaqları və sörfinqdən doyaraq, hər şeyin ümumiyyətlə sistem bölməsində necə yerləşməsi ilə maraqlanmağa başladım. Hal- hazırda mənim kimi kor bir proqramçı olan dostumla bir yerdə bununla maraqlanırdıq.

Universitetə daxil olmazdan əvvəl də dərsliklərdən proqramlaşdırmanı fəal şəkildə öyrənməyə başladıq. Nə vaxt ali məktəbə daxil olmaq haqqında söhbət gedirdisə, mən artıq bilirdim ki, öz sevimli kompüterimin arxasında oturaraq rahat ofisdə işləmək, qəhvə içmək və yaxşı pul qazanmaq istəyirəm.

Sankt-Peterburqdakı Politexnik Universitetinin Texniki Kibernetika fakültəsinə daxil oldum. Sənədlərimi informasiya sistemləri və texnologiyaları kafedrasına verdim, ancaq nə isə qarışıqlıq oldu və sistem təhlilinə düşdüm.

Orada kifayət qədər geniş biliklər əldə etdim, ancaq elektrik mühəndisliyi müəllimi ilə aramızda anlaşılmazlıq yaşandı. Kor adamın əlləri ilə zəncirlər yığa bilməməsini heç cür anlaya bilmədi. Daha doğrusu, fiziki cəhətdən bunu tamamilə edə bilərdim və məktəbdə də belə şeylər var idi, amma bütün bunların təhlükəsizliyi üçün mən cavabdehlik daşımıram.

Nəticədə dekanlıq məni İnformasiya Sistemləri və Texnologiyaları kafedrasına köçürdü. Burada iş təcrübəsi üçün hər hansısa bir şirkətə yox, əlavə təhsilə, proqram testi kursu üçün rəqəmsal dizayn məktəbinə getdim.

İkinci kursda oxuyanda korlar üçün GPS naviqatoru hazırlayan Oriens haqqında xəbər tutdum. Artıq beşinci kursda oxuyarkən onlara yazdım və təsadüf elə gətirdi ki, onların da bir proqramçıya və kor sınaqçıya ehtiyacı var imiş. Burada, necə deyərlər, ulduzlar birləşdi.

Məhsul satışa hazırlanarkən şirkətə gəldim və iş çox idi. Həmkarlarım sakit və səbirlə məni komanda istehsalına daxil etdilər. İşlədikləri əməliyyat sistemlərini, əlavə yığmaları və proqramları sürətlə mənimsəməyim lazım idi.

Satışlar 2015-ci ilin sentyabr ayında başladı. Mən, yalnızca hazırlama və yoxlamaya deyil, eyni zamanda texniki dəstəyə və istifadəçilərin müşayiətinə də cavabdeh idim.

Müştərilərimiz arasında həm gənclər, həm də orta və möhtərəm yaşdan olan insanlar var. Prinsipial olaraq cihaz yenidir və istifadəçilər ondan istifadə etmək üçün öyrədilməlidirlər.

Bunu bəzən bir neçə saat çəkən müntəzəm telefon danışıqları da daxil olmaqla hər cür şəkildə etdik.

İnsanlar bizə cihazdan başqa nə istədiklərini, hansı funksiyaların düzəldilməli olduğunu yazdılar və biz bunun hamısını etdik. Mövsümdə bir dəfə bütün müştərilərimizin toplandığı və cihazdan istifadənin incəlikləri, inkişaf perspektivlərinin müzakirə edildiyi söhbətlər təşkil etdik. Bütün bunlar hamının eyni dalğada olması üçün lazım idi.

" Böyük eynək taxmaq perspektivi məmnun etmir "

Öz - özlüyündə naviqator, düymələr və səsgücləndiricisindən ibarət olan bir qutudur. Ekranı yoxdur. Biz hər-hansı bir tətbiq deyil, məhz ayrıca bir cihaz hazırlamaq qərarına gəldik. Onu tək əllə idarə etmək asandır.

Maşın görməsindən istifadə edildiyi üçün daxilində güclü bir kompüter dəmiri var. Bütün bunlar yavaşlaya bilməz, çünki insanın təhlükəsizliyi bundan asılıdır: qarşısındakı maneə barədə vaxtında məlumat almalıdır.

GPS / GLONASS modulu istifadə olunur. Praktiki olaraq, gövdənin uzunluğu boyunca onun antenası yerləşir. Adi bir smartfonda olduğu kimi o, insanı yeraltı keçiddə atmır və həmişə vəziyyətini mümkün qədər dəqiq göstərir.

Naviqatorumuz yalnız marşrut üzrə piyadanı aparmaqla qalmır, həm də ətrafdakıları ona izah edir - bu bələdçinin funksiyasıdır və bu və ya digər obyektin yanında avtomatik olaraq işə düşür.

Naviqator insanın keçdiyi nəqliyyat dayanacaqlarını adlandırır, bu da heç kimin heç nəyi elan etmədiyi mikroavtobuslar üçün xüsusilə vacibdir.

Cihazın tam funksionallığı iki quraşdırılmış video kameraya sahib olan xüsusi eynəkləri qoşarkən ortaya çıxır. Onların köməyi ilə naviqator maneənin harada və necə yerləşdiyi (məsələn, üz səviyyəsində bir yol nişanını və ya bir maneəni) barədə istifadəçini xəbərdar etmək üçün onu əhatə edən və harada olduğu barədə məlumatları ifadə edən bir stereo şəkil alır və adama necə keçəcəyini izah edir. 

Tanıma sistemi, istifadəçi eynəyinin qarşısındakı pul əskinaslarını, paltarın rəngini, məhsulun barkodunu müəyyənləşdirə və lövhələrdəki yazıları oxuya bilər.

Kor insanın, olduğu yerdə yazılar olan bir işarənin olub- olmadığını bilməməsi halında mətn axtarış funksiyasının olması, öz vacibliyini göstərir. Cihaz istifadəçinin diqqətini burada bəzi mətnlərin olmasına yönəldəcək və kadra mümkün qədər çox simvolun düşməsi üçün kameranı necə yönləndirmək lazım olduğunu izah edəcəkdir.

Eynəklər kabel vasitəsilə cihaza məlumat ötürür. Bu da vacib bir məqamdır. Simsiz bir əlaqədə, hələ ki, mənfi cəhətlər müsbət cəhətlərə nisbətən daha çoxdur. Birincisi, sürət və fasiləsiz məlumat ötümə itməsi olur (bəzi maneələr ola bilər). İkincisi, eynəklərin qabaritləri böyüyür, bu zaman da akkumulyatorla təchiz etmək lazım olacaqdır.

Sorğu zamanı, bir çox kor insanın necə görünməsi barədə maraqlandığını öyrəndik. İnsanlar yaxşı görünmək istəyir və böyük eynək taxma perspektivindən məmnun deyil.

Lakin cihazımız bir qədər futuristik görünür və adi eynəklərə bənzəmir.

Naviqatorun bütün dinamik obyektləri izləyə bilməsi vacibdir. Cihaz yarım metrdən dörd metr məsafəyə qədər irəlini "görür", baxış bucağı 120- dən 160 dərəcəyə qədərdir (istifadəçi parametrləri dəyişə bilər). Təcrübə göstərdi ki, hətta onu bir metrə qədər də artırmağın mənası yoxdur.

Hazırlama üçün açıq girişdə olan kitabxanalar xaricində heç bir tədarükdən istifadə etmədik. Google kimi, Açıq Küçə Xəritəsinə söykənirik - bunlar xalq xəritələridir. İstifadəçilər özləri fərqli nöqtələr və obyektlər əlavə etdikləri üçün onlar, daha sürətlə inkişaf edirlər.

Kor piyada üçün vacib elementlər də ola bilər - ağaclar və oturacaqlar. Ancaq ümumiyyətlə, xəritələr altı ayda bir dəfə yenilənir və hər hansı bir təmir, küçə yenidən qurulması bunlarda göstərilmir.

İstifadəçilərimizdən biri, bizə hələ həyata keçirmədiyimiz bir ideyanı göndərdi, amma çox xoşuma gəldi: cihaza insanın üzündə görünən duyğuları oxumağı öyrətmək.

Məsələn, kimsə ilə ünsiyyət qurursunuz və qulaqlıqdan sizə həmsöhbətinizin gülümsədiyi və ya kiməsə göz qırpdığı- qulağınızla tuta bilmədiyiniz anları söyləyirlər.

"İstehsalın inkişafı üçün bu məhsullar satılmalıdır"

Naviqatorumuz olduqca bahalıdır: 24 min rubl əksər kor insanlar üçün ciddi bir məbləğdir. Əlillər üçün avadanlıq satmaq ümumiyyətlə çətindir.

Bunlar kiçik istehsal partiyalarıdır və məhsulun son dəyəri yüksəkdir. Bir çox ölkədə bunu edən şirkətlər dövlət tərəfindən dəstəklənir. Bir şəxs məhsulun maya dəyərinin 5 faizindən 10 faizinə qədərini ödəyir, qalan hissəsi büdcə tərəfindən qarşılanır.

Ölkəmizdə rəsmi və əhatəli texniki bərpa vasitələrinin siyahısı var. Dövlət onların istehsalına subsidiya verməyə hazırdır. Bu siyahıda GPS naviqatorunun kor insan üçün ərazidə köməkçi bir istiqamətləndirmə vasitəsi olduğuna dair indiyə qədər heç bir yazı yoxdur, baxmayaraq ki bu məntiqlidir.

Beləliklə, müştərilərimiz sosial sığorta fonduna gəlib bizdən aldıqları mallara görə təzminat istəyə bilməzlər.

Yeri gəlmişkən, kitab oxumaq üçün xüsusi səs pleyerləri bu siyahıda göstərilib. Bir adam onu 18 min rubla ala bilər və dövlət (2018-ci ilədək) ona 13 min qaytaracaq.

On illər əvvəl yaradılan bu siyahı, demək olar ki, yenilənməyib. Yalnızca keçən il oraya brail ekranı əlavə edilib, baxmayaraq ki, o artıq illərdir mövcuddur.

Mən yalnız öz naviqatorumuz üçün ayağa qalxmıram. Bir çox perspektivli cihaz var, lakin inkişafın irəliləməsi üçün bu məhsullar bazara çıxarılmalıdır. Naviqatoru ciddi beynəlxalq bazara çıxarmaq istəyən investorlarımız var, amma bu cür insanlar çox azdır və onlar da bürokratiya ilə üzləşməli olurlar.

Bəli, İT bazarındakı böyük oyunçularla ortaqlığımız olsaydı, məhsulumuz  konfet olardı. Komandamızda yalnız üç istehsalçı var, bütün layihə onlara söykənir.

Ümumiyyətlə, onun necə meydana gəldiyi maraqlıdır. 2006-cı ildə bir kor Politexnik Universitetinin robototexnika laboratoriyasına gələrək dedi: “Uşaqlar, robotlar üçün belə yaxşı şeylər hazırlayırsınız. Bəlkə bizim üçün də nə isə edəsiniz ? "

Bunun həqiqət olduğu ortaya çıxdı - robotlar üçün hazırlanan bir çox alətlər kor piyadalar üçün də çox faydalı ola bilər.

Həmçinin, ona küçədə səmti müəyyənləşdirmək, bir nöqtədən digərinə təhlükəsiz şəkildə çatdırmaq lazımdır - və s.

Artıq istifadəçilərimiz yalnız ruslar deyil, Özbəkistan, Belarusiya və Ukrayna sakinlərini də əhatə edir.

Bəzən bizə oxumaq üçün çox maraqlı olan maraqlı icmallar göndərirlər. Xüsusilə iki kor səyyahdan aldığımız məktub məni daha çox ilhamlandırdı. Cihazımız sayəsində, onları müşayiət edən insanlar olmadan,  Nepalı ziyarət etdiklərini və orada özlərini əla hiss etdiklərini söylədilər.

Müştərilərdən, mümkün olduqca, marşrutda olduqları zaman səsli gündəliklərini saxlamalarını xahiş edirik. Bu daha sonra sosial şəbəkələrdə podkast şəklində yerləşdirilir və istifadəçimiz olmağı düşünənlər onu qoşub dinləyə bilərlər.

"İnternetdə şəkillərə baxmaq mümkündürsə, niyə gedirsiniz ?"

Bu iş sayəsində özüm aktiv bir səyyah oldum. Yeniləmələri yayımlamadan əvvəl kod yazmaqla yanaşı cihazı da özümdə sınamalı idim.

Qarşıma çıxan ilk avtobusa mindim, təsadüfi bir dayanacağa getdim, çıxdım və naviqatordan istifadə edərək özümü ətraf ərazidə yönəltməyə çalışdım. Bunu bir neçə dəfə etdim, sonra mənə maraqlı gəldi. Özünüzü sanki bir araşdırmanın içində tapırsınız.

Sonra həyat yoldaşımla birlikdə kor-koranə Almaniyaya getməyə qərar verdik. Səyahətdən əvvəl sosial şəbəkələr vasitəsilə ziyarətə gedəcəyimiz bir neçə şəhərin sakinləri ilə tanış olduq - sadəcə insanlara motivasiya yönümlü məktublar göndərdik: biz, filankəslər, heç nə görmürük, amma sizin şəhərinizdə olmağı çox istəyirik və kimdənsə bizimlə görüşməyi və orda olanları sözlərlə təsvir etməyi xahiş edirik.

Estoniyadan keçərək Almaniyaya getdik, orada üç gün qaldıq və gözəl insanlarla tanış olduq. Yelena adlı bir qız orada korlar üçün adaptiv ekskursiyalarla məşğuldur: təsəvvür etməyimiz üçün bir obyekti necə ətraflı təsvir edəcəyini yaxşı bilir.

Yeri gəlmişkən, hazırda həm Avropada, həm də bizdə 3D-printerlərin köməyi ilə xüsusi həcmli modellər - rəsmlər, binalar, heykəllər hazırlanır ki, ekskursiya zamanı kor turistlər onlara toxuna bilsinlər.

Məsələn, Sankt-Peterburqda, Qorkidə miniatürlər muzeyimiz var, burada evlərin modellərinə toxuna və Müqəddəs İsaak Katedralının necə göründüyünü təsəvvür edə bilərsiniz.

Moskvadakı müasir "Qaraj " incəsənət muzeyində də, həmişə orada təqdim olunan hər şeyin, o cümlədən rəsmlərin miniatür nüsxələrinin nümayiş etdirildiyi sərgilər olur.

Məsələn, kətan üzərində hansısa açıq şəkildə soyuq şimal dənizi təsvir edilmişdir. Kor insana onun soyuq olduğunu necə hiss etdirə bilər? Sıx metal folqa yarpağında dalğaları təsvir edirlər. Gəmilər varsa, modelləri ağacdan hazırlanır və temperatur fərqi dərhal hiss olunur.

Daha sonra evdə bir fincan çay içərkən bu cür şəkilləri xatırladığınız zaman yalnızca təsvir deyil, əyani bir görüntü meydana çıxır.

Artıq bir çox yerləri gəzmişəm, amma ən çox Tallin və Barselona xoşuma gəldi.

Tallinin çox tarixi ab-hava hiss olunan bir yeri var. Bu yerləri bizə izah edən insanlara hörmət etməliyik, ancaq bu sadəcə gözəl hekayələr deyil. Tallində, sanki əsrlər əvvələ, orta əsr cəngavərləri dövrünə, keçmişə səyahət edirsən: çay daşlarıyla döşənmiş dar dolama qədim küçələr; əlinizlə toxunduğunuzda dağılan kobud daş divarlar ...

Orada tez-tez orta əsr mədəniyyət festivalları keçirilir və biz də birini ziyarət etdik: aktyorlar səhnə rolunu oynayırdılar, kimi isə edam etdilər.

Eyni zamanda, Tallinin tarixi mərkəzində maşınları və müasir musiqiləri eşitmək olmur, yalnız xalq alətlərində səslənən bəzi qəribə melodiyalar çalınır.

Bir dəfə məndən soruşdular ki, niyə kor insanlar bir şey görə bilmədikləri halda səyahət edirlər. Mən isə cavabında soruşdum: "İnternetdə şəkilləri görə bilirsənsə, niyə gedirsən?"

Çoxları sadəcə olaraq harasa niyə getdikləri barədə düşünmürlər. Və bu sualı cavablandırmaq həqiqətən çətindir, çünki söhbət şəxsi həyəcanlar, hisslərdən, digər insanlarla ünsiyyətdən gedir.

Məsələn, niyə Barselona xoşuma gəldi: isti bir cənub şəhəri, amma əsas üstünlüyü yerləşməsində deyil, insanlarındadır. Onlar çox açıq və mehribandırlar, özünüzü evdəki kimi hiss edirsiniz, hər yerdə xoş qarşılanırsınız.

Küçədə gəzirsən, səni salamlayırlar! Eyni zamanda, Barselona böyük bir şəhərdir, kiçik bir qəsəbə və ya kənd deyil. Orada məni, eynəkli və ağ əl ağacında bir adamın yanından  diqqətlə keçirdilər, itələmirdilər.

Barselonada da şəhər haqqında bizə danışmaq istəyənləri axtarırdıq. İmmersiv ekskursiyalar aparan möhtəşəm bir şirkət tapdıq. Bizə səsli bələdçi verildi və qulaqlıqdakı səs bizə şəhər əfsanələrini izah etdi. Yolda aktyorlarla görüşdük. Bu insanların necə göründüyünü başa düşmək üçün əllərimizlə onların paltarlarına toxunduq.

Əgər hekayədə güldən bəhs olunurdusa, qoxusunu hiss etməyimiz üçün əlimizə gül verilirdi. İnanılmaz bir təxəyyül oyunu idi.

Sonra xatırlayıram, arvadımla bir kafeyə getdik, orada "Sanqriya" içdik. Çöldə göy gurultusuyla yağış yağırdı və açıq pəncərədən üzünüzə yağış damcıları ilə isti külək əsdiyini hiss etmək əla idi .

İndi deyin görək, əgər kor olmasaydıq bizim üçün müxtəlif maraqlı şeylər düzəldən bu kimi rəğbətli və xeyirxah insanlarla görüşməkdən və ünsiyyət qurmaqdan belə məmnun ola bilərdikmi?

Həmçinin, Barselonada heç kimlə tanış olmadan , sadəcə bir bələdçi ilə tətbiqi rəhbər tutaraq özüm gəzə bilərdim. Səfərimdən bu cür duyğuların və xatirələrin yarısını belə ala bilməzdim!

"Hətta lal-kar korla belə ünsiyyət qurmaq mümkündür"

Mənim, ümumiyyətlə tanışlıq və görüşlərdə həmişə bəxtim gətirir. Gələcək həyat yoldaşımla olduqca qeyri-adi şəraitdə tanış oldum. Polşada almanlar tərəfindən həyata keçirilən bir təcrübə layihəsində iştirak etməyə dəvət olunduq: Flit for mobility.

Ruslardan ibarət 25 nəfərlik qrup, Alman elit məktəblərindən bir qrup şagird, Polşadan kənd uşaqları və Rumıniyadan bir qrup kar və lal oğlan və qızlar - hamımız birlikdə Vrotslav yaxınlığında bir qalada birlikdə yaşayırdıq və bizə müxtəlif növ fəaliyyətlər, təmas rəqsləri, doğaçlama alət çalma və daha çox şey öyrənməli olduğumuz vorkşoplar hazırladılar.

Qruplarımızı daim qarışdırıb, necə qarşılıqlı əlaqədə olduğumuzu izləyirdilər. Unutmayın ki, aramızda dil maneələri də var idi.

Ancaq bir şəkildə ortaq bir dil tapmağı bacarırdıq. Hələ necə və hansı səviyyədə işlədiyini anlamıram, amma kor insan kar və lal ilə belə ünsiyyət qura bilər - gündəlik həyatda ən azı: çay verin, bir yerə aparın.

Beləliklə, gələcək həyat yoldaşımla tanış oldum və yaxın olduq. Məlum oldu ki, onunla eyni məktəbdə oxumuşuq, amma nədənsə heç qarşılaşmamışıq. Sankt-Peterburqa qayıtdıqdan sonra daha ayrılmadıq.

Fəal bir mədəni həyat yaşamağa, fərqli maraqlı yerləri ziyarət etməyə çalışırıq.

Yeni bir kafeyə girəndə mütləq ofisiantdan içərini təsvir etməsini istəyirik. Hələ bir nəfər də olsun bizə imtina etməyib və ümumiyyətlə bu, həqiqətən dəyərli bir hekayədir və hörmətdən yazılan bir neçə cümlə deyil.

"Texnologiyanın zirvəsində olmağı sevirəm"

Keçən həftə smartfonum xarab oldu və onsuz bir gündə bütün həyatımın ona nə qədər bağlı olduğunu anladım. Texnika sözün əsl mənasında gözlərimi əvəz edir. Məsələn, soyuducudan hansı dadda olan qatığı götürəcəyimə qərar vermək üçün "Yandex" xidmətlərindən və telefon kamerasından istifadə etməyi sevirəm.

Bir mağazadan ərzaq çatdırılması və onlayn bank kimi həyatı asanlaşdıran çox sayda fərqli tətbiqetmələr var. Smartfon mənə vaxt və hava haqqında xəbər verir.

Yeri gəlmişkən, iOS-a deyil, Android-ə üstünlük verirəm, çünki texnologiyanın zirvəsində olmağı, təhlükə və risk hesabına hələ Play Marketə daxil olmamış bir tətbiqi sınaqdan keçirməyi sevirəm. 

Mənbə: mail.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR