Konkret tarix mümkün deyil - Nazir
Karantin rejimində yumşaldıcı tədbirlər tətbiq edilən zaman monitorinqlər həyata keçiriləcək.
Axar.az xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Operativ Qərargahın brifinqində deyib.
"Monitorinqlər əsasında təhsil prosesinin davam etməsi ilə bağlı qərar qəbul olunacaq. Konkret tarixlərin elan edilməsi hazırda mümkün deyil", - nazir bildirib.
O əlavə edib ki, onlayn tədrislə bağlı məzmunun maksimum şəkildə təqdim edilməsi üzərində çalışılır:
"Təbii ki, 100 faizlik iştirak mümkün deyil. Bu səbəbdən teledərslərə və virtual məktəb layihəsinə start verildi. Onlayn qaydada ədəbiyyatlarda məzmunun çatdırılmasına çalışılır. Məsələnin miqyasına düzgün formada nəzər salmalıyıq. Məsələn, Böyük Britaniyada bəzi ailələrdə internetə çıxış yoxdur. Buna görə də BBC kanalında teledərslərə start verilib".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət