Dərc edildi: Baxış sayı: 823
Kondisioner işləyən məkanda 9 nəfər koronavirusa yoluxdu - Alimlər XƏBƏRDARLIQ ETDİ
Çində restoranda yemək yeyən və virus simptomları olmayan bir koronavirus xəstəsinin ətrafındakı masalarda yemək yeyənlər də koronavirusa yoluxub. Bu yoluxma halı yanvar ayında meydana gəlib.
Metbuat.az xəbər verir ki, bu araşdırma Çinin Xəstəliklərə Nəzarət və Mübarizə Mərkəzi (CDC) tərəfindən aparılıb. Buna səbəb isə restoranda kondisionerin açıq olması olub. Kondisioner havadakı damlacıqları daha uzaq məsafəyə qədər çatdırıb və nəticədə sosial məsafə saxlayan digər 9 nəfər də 2 həftə sonra virusa yoluxub.
Mütəxəssislər bu barədə insanlara xəbərdarlıq ediblər. Belə ki, sosial məsafə saxlanılsa da, kondisioner virusu daha da uzağa çatdırır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət