Dərc edildi: Baxış sayı: 472
Komitə sədrinin qəbul vaxtı dəyişdi
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin noyabrın 30-na nəzərdə tutulmuş qəbulu dekabrın 1-nə keçirilir.
Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev dekabrın 1-də saat 11:00-da Sumqayıt şəhərində, Sumqayıt Baş Gömrük İdarəsinin inzibati binasında (Sülh küç.1) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
Qəbul zamanı aidiyyəti rayonların - Sumqayıt şəhərinin, Abşeron, Xızı, Siyəzən, Qubadlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət