Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədrinin müavini: "Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür"

Komitə sədrinin müavini: "Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür"
Sakura

Komitə sədrinin müavini: "Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür"

"Hazırda doğulan uşaqların cinsinə görə nisbətinin pozulması dünyanın bir sıra ölkələrində, o cümlədən Azərbaycanda aktual problemdir".

"Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı layihəsinin təqdimatı zamanı deyib.

O bildirib ki, ailədaxili münasibətlərdə yaranan problemlərdən biri də uşaqların cinsi ayrı-seçkiliyə məruz qalmasıdır: "Qadın hüquqlarının pozulması, gender əsaslı zorakılıq bəşəriyyətin qarşısında duran vacib məsələlərdir. Uşaqların cinsə görə nisbətinin pozulması zorakılığın bir növüdür. Doğulmamış qız uşaqlarına qarşı cinayət törədilir və onların hüquqi pozulur".

"Son 25 ildə kişilərin sayı sürətlə artıb və bu fərq bərabərləşib. Belə ki, əhalinin 49,9 faiz kişilər, 51,1 faizini qadınlar təşkil edir. Kənd yerlərində qadınlar arasında ailə planlaşdırılması, arzu edilməyən hamiləlikdən qorunma, süni mayalanma və s. maarifləndirmə işlərinin aparılması zəruridir. Təhlillər göstərir ki, qız uşaqlarının dünyaya gəlmədən öldürülməsi ailədə 2-dən çox övladın istənilməməsi ilə bağlıdır. Müasir dövrdə ailədə ilk övlad qız olanda, ikinci uşağın oğlan olmasını istəyirlər", - S.Qəhrəmanova əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Verzaska çayı, İsveçrə

Redaktor seçimi

SON XƏBƏRLƏR