Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədrindən tıxac problemi ilə bağlı - Təklif

Komitə sədrindən tıxac problemi ilə bağlı - Təklif
Sakura

Komitə sədrindən tıxac problemi ilə bağlı - Təklif

Sumqayıt şəhərinin inkişaf potensialı böyükdür. 

Düzdür, bu gün bu imkanlar əvvəlki illərə, 70-ci illərin potensialına nisbətən az olsa da, keyfiyyət (heç şübhəsiz, ilk əvvəl ekoloji tarazlığın təmin edilməsi baxımından) baxımından yeni məzmun kəsb edir.

Odur ki, Sumqayıtın gələcək inkişafı bir növ Bakı meqapolisinin hədlərinin böyüməməsinə xidmət edir, səmərəsiz miqrasiya axınının qarşısını alır. 

Bunu Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Son illərdə Sumqayıtın ikinci inkişaf mərhələsi yaşadığını, yeni müəssisələrin istifadəyə verildiyini deyən komitə sədrinin sözlərinə, bu şəhərdə çoxsaylı iş yerlərinin yaradılması  Sumqayıtdan Bakıya axını xeyli yumşalda bilər. 

“Bu, həm illərdir Bakı-Sumqayıt yolunda yaşanan dəhşətli tıxac probleminin nisbətən azaldılması, aradan qaldırılması, həm də asudə vaxtın daha çox olması baxımından müsbət bir addım olardı.

Sumqayıt inkişaf edir, imkanlar böyükdür, amma bu gün nə qədər çətin və mürəkkəb də olsa, Sumqayıtın 20-25 illik inkişaf konsepsiyası hazırlanmalıdır. Bu konsepsiyanın hazırlanması, təbii ki, əvvəlki dövrlərdən fərqli olaraq, bir sıra çətinliklərlə üzləşir. Çünki burada gələcəkdə yeni müəssisələrin yaradılması dövlətdən asılı deyil. Burada gələcəkdə daha çox özəl sektor inkişaf etməlidir.

Özəl sektorun inkişafını 10 ilə, 15 ilə proqnozlaşdırmaq isə çox çətindir. Amma bütün hallarda bu proqram hazırlanmalıdır”, - deyə o əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR