Slimfit
  1. CƏMİYYƏT

Komitə sədrindən həyəcan təbili: “Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”

Komitə sədrindən həyəcan təbili: “Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”
Sakura

Komitə sədrindən həyəcan təbili: “Süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”

“Son iki həftə ərzində Azərbaycanda koronavirusa yoluxanların sayı iki dəfə artıb”.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, yoluxma dinamikasının sürətlənməsi Azərbaycanın səhiyyə sistemini yükləyir. 

Deputat qeyd edib ki, Azərbaycan xəstəxanalarında, bütövlükdə müalicə müssəsilərinin hamısında böyük gərginlik hiss olunur. 

“Bu gün Azərbaycanda səhiyyə müəssisələrinə müraciət edən xəstələrin tam əksəriyyəti ağırlaşmış vəziyyətdə olur. Əvvəllər isə belə deyildi. Reanimasiyaya və süni tənəffüs aparatına ehtiyacı olan xəstələrin sayı artır”, - deyə Ə.Əmiraslanov əlavə edib.

Komitə sədri onu da bildirib ki, sosial şəbəkələrdə koronavirusla bağlı şayiə xarakterli məlumatlar yayılır, bu isə karantin rejiminin pozulmasına gətirib çıxarır: 

“Hamı başa düşməlidir ki, biz epidemiya əleyhinə rejimə, karantin rejiminə əməl etməsək, virus hamımızı tutacaq. Qaydalara əməl olunmazsa, biz də süni tənəffüs aparatına qoşulan insanların yerində ola bilərik”. 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR