Slimfit
  1. İQTİSADİYYAT

Komitə sədri yeni təyin ediləcək müavinətlərin məbləğlərini açıqlayıb

Komitə sədri yeni təyin ediləcək müavinətlərin məbləğlərini açıqlayıb
Sakura

Komitə sədri yeni təyin ediləcək müavinətlərin məbləğlərini açıqlayıb

Övladlığa götürülən uşağa görə müavinət valideynlərini itirən və ya valideyn himayəsindən məhrum olan 3-18 yaş arası uşağı övladlığa götürən şəxsə 160 manat, o cümlədən 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxsə 480 manat müavinət verilməsi nəzərdə tutulur.

Ens.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Musa Quliyev deyib.

O qeyd edib ki, təklif olunan məsələ “Sosial müavinətlər haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Layihədə bildirilib ki, bu müavinətlər, övladlığa götürülməsi üçün az müraciət olunan uşaqlara aiddir.

Həmin müavinətin alınması üçün uşağın övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi təqdim edilməlidir.

Layihə qəbul edilsə, bu müavinətlər 2021-ci ilin yanvarın 1-dən müvafiq şəxslərə təyin olunacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR