Slimfit
  1. CƏMİYYƏT

Komitə sədri: “Tapşırıqlarımızı almışıq və icrası ilə məşğuluq”

Komitə sədri: “Tapşırıqlarımızı almışıq və icrası ilə məşğuluq”
Sakura

Komitə sədri: “Tapşırıqlarımızı almışıq və icrası ilə məşğuluq”

“Cənab Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin işlərini hər zaman prioritet sahə kimi diqqətdə saxlayır”. 

Bunu APA-ya açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib. 

O bildirib ki, Prezidentin verdiyi bütün tapşırıqlar dərhal həyata keçirilir: “Gələn il dövlət büdcəsindən komitəyə kifayət qədər vəsait ayrılıb. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı ayrılan vəsait də kifayət qədərdir. Bildiyiniz kimi, bu ilin aprel ayından müavinətlər 50 faiz artırılıb. Bu istiqamətdə vəsaitlər də artıq komitəyə daxil olub. Kifayət qədər imkan yaradılıb ki, komitə öz fəaliyyətini davam etdirsin. Həm tikinti, həm də digər sahələrə diqqət var”. 

Komitə sədri qeyd edib ki, hazırda “Qobu Park -2” yaşayış massivində məskunlaşma işləri tamamlanmaq üzrədir: “Şirvan, Göyçay, Ucar, Kürdəmir rayonlarında məcburi köçkünlər üçün tikilən binalarda da tamamlanma işləri gedir. Gələn il də komitə tərəfindən harada nələrin tikiləcəyi barədə isə Cənab Prezidentin qəbulunda məruzə olundu. Tapşırıqlarımızı almışıq və icrası ilə məşğuluq”.
 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Çanaqqala müharibələri, 1915 İbadət üçün düzəldilmiş məscid və güllə qutularından hazırlanan minbər

Redaktor seçimi

SON XƏBƏRLƏR