Slimfit
  1. AZƏRBAYCAN

Komitə sədri: Karantin rejimi sərtləşə bilər – Səbəblər

Komitə sədri: Karantin rejimi sərtləşə bilər – Səbəblər
Sakura

Komitə sədri: Karantin rejimi sərtləşə bilər – Səbəblər

Hazırda virusa yoluxan insanların sayının artması ciddi narahatlıq doğurur. Bundan təkcə dövlət deyil, insanlarımız da narahat olmalıdır. Karantin səbəbindən tədbiq edilən cərimələr, qadağalar insanları qorumaq üçündür.

Axar.az xəbər verir ki, bu sözləri Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva AzTV-nin “Hədəf” verilişində karantinlə bağlı danışarkən deyib.

O qeyd edib ki, koronavirus pandemiyası yayıldığı ilk andan etibarən cənab Prezidentin rəhbərliyi ilə ciddi işlər görüldü:

“Başlıca məsələ isə pandemiyanın ölkədə yayılmasının qarşısını almaq idi. Bu işlərin zamanında başlaması virusun bir sıra Avropa ölkəsinə nəzərən Azərbaycanda daha da geniş yayılmasının qarşısını aldı”.

Q. Paşayeva bildirib ki, bu gün karantin tədbirləri 600 min insanın həyatına ciddi təsir edib:

“Bu gün cənab Prezidentin strategiyasında pandemiya ilə mübarizə və yoluxanların sayını minimuma endirmə kimi məsələlər yer alıb. Bu məqsədlə artıq 6-sı dövlət, 4-ü özəl olmaqla, 10 modul tipli yeni xəstəxana hazırlanır. Pandemiya yayıldığı dövrdə müxtəlif ölkələrdə yaşayan insanlar öz ölkələrinə qayıtmaq istəyirdi. Cənab prezident minlərlə azərbaycanlının ölkəmizə qayıtmasında çox böyük işlər gördü. Bu məsələ ilə bağlı Xarici İşlər Nazirliyinə göstərişlər verdi”.

Q. Paşayeva bildirib ki, karantin tədbirləri daha da sərtləşə bilər:

“Avropa ölkələrində karantin qaydalarını pozanlara qarşı tədbiq edilən cərimələr çox ağırdır. Azərbaycanda tədbiq edilən qadağalar isə maarifləndirmə xarakteri daşıyır. Dövlət istəmir ki, vətəndaşlarını cərimələsin və ya cəzalandırsın. İnsanlarımız anlamalıdırlar ki, bu qadağalar onların sağlamlığı üçün zəruridir, bu cərimələrdən dövlət qazanc güdmür, cərimələr isanları qorumaq üçün tədbiq edilir.

Karantin qaydalarına əməl edilməsə, cəza tədbirləri də sərtləşdiriləcək.

Buna görə də hər kəs karantin qaydalarının tələblərinə qeyri-şərtsiz riayət etməlidir”.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR